Xəbər lenti
 


Ovqat.com “Amerikanın səsi”nə istinadən xəbər verir ki.ABŞ-ın BMT-dəki səfiri Nikki Hali prezident Trampın onun Rusiyaya hücum etməsinə mane olmadığını deyib.
Tramp isə Amerikanın xəbər agentliklərini konqres və yerli müstəntiqlərin prezidentin yardımçılarının seçkilərdə qələbəsini təmin edən rusiyalı nümayəndələrlə əlaqəsinə dair xəbərlərini tənqid etməkdə davam edir.
"Prezident heç vaxt məni Rusiya əleyhinə danışmamağa çağırmayıb. Bu mənim öz seçimimdir"- deyə səfir ABC xəbər agentliyinə bildirib.
Halinin dediyinə görə, Rusiyanın 2014-cü ildə Krımı ilhaq etməsi və Moskvanın Ukraynada ruspərəst separatçılara dəstək verməsi  yanlışlıqdır.
"Onlar yanlışlığa yol verdikdə  onları geri çəkilməyə çağırıram. Prezident mənimlə razılaşır. Prezident Rusiyanın məsuliyyət daşıdığında mənimlə həmfikirdir"- deyə səfir bildirib.
Trampın da Rusiyaya təzyiq göstərməli olduğuna dair sualın cavabında Hali:” Əlbəttə” cavabını verib.  Lakin o, prezidentin işinin çoxluğunu önə çkərək, onu bu yoldan yayındırmağıdını bildirib.
Cümə günü Tramp administrasiyası Moskva ilə bağlı tənqidi fikirlər səsləndirib. ABŞ-ın iki yüksək səviyyəli rəsmisi Rusiyanın Ukraynaya qarşı münasibətini pisləyib və Birləşmiş Ştatların sanksiyaları davam etdirəcəyini vəd edib.

 
Brüsseldə NATO-nun xarici işlər nazirlərinin görüşünə ilk səfəri zamanı ABŞ dövlət katibi Reks Tillerson Rusiyanı Ukraynaya qarşı təcavüz etməkdə günahlandırıb və “Rusiyanın həm zorakı, həm də qeyri-zorakı təşviqatının qarşısını almaq” üçün ittifaqın vacibliyini vurğulayıb.
ABŞ Senat Kəşfiyyat Komitəsi cümə axşamı dinləmələrində diqqətini Rusiyanın 2016-cı il ABŞ seçkilərinə müdaxiləsinə yönəldib. Dinləmələrin məqsədi Rusiya hökumət orqanları ilə Prezident Donald Trampın seçki kampaniyası üzvləri arasında mümkün təmaslarını araşdırmaqdır.
Giriş nitqində Senator Mark Uorner Rusiyanın məqsədyönlü şəkildə ABŞ media orqanlarını etibardan salmaq istiqamətində səyləri haqda danışıb.
Uorner bildirib ki, Rusiyanın “Russia Today” (RT) agentliyi Demokratın  namizədi Hillari Klintona qarşı mənfi xəbərlər yaymaqla məşğul olub.
 



Ana səhifəyə qayıt        Baxış: 1 164          Tarix: 3-04-2017, 09:44      

Xəbəri paylaş


Paylaş:   

Prizma