Xəbər lenti
 

Rusiyanın paytaxtı Moskvanın Zəfər meydanı ərazisində toplaşanların "yeni müxalifətin gəzintisi” adlandırdıqları aksiyada 29 nəfər saxlanılıb.
Ovqat.com xəbər verir ki, məlumatı BBC agentliyi yayıb.
BBC-nin Rusiya Daxili İşlər Nazirliyinin İnterfaks xəbər agentliyinə istinadən bildirdiyinə əsasən saxlanılanlar Moskvanın Zəfər Meydanında ictimai asayişi pozmaqda günahlandırılırlar.
Yürüşün təşkilatçılarının dediklərinə görə, onlar 1-ci Tversko-Yamskaya küçəsi ilə Manej meydanına yürüməyə cəhd ediblər.
Aksiyanın başlayacağı yerə əvvəlcədən iki polis avtofurqonu və avtomobili və həmçinin zirehli gödəkçə geyinmiş dəbilqəli polis zabitləri yığılıblar. Ərazidəki polislər səsucaldanla yürüş iştirakçılarına digər vətəndaşların küçə ilə hərəkətinə mane olmamalarına dair xəbərdarlıq ediblər.
Aksiyaçılara həmçinin polis zabitlərinin əmrlərinə riayət etmədikləri halda inzibati tədbirlərin tətbiq ediləcəyi bildirilib.
"Açıq Rusiya" hərəkatının lideri Mixail Xodorkovski öz tvitində Manej meydanında keçirilən 2 aprel aksiyasını "hakimiyyətin təxribatı" adlandırıb.
"Aydındır ki, naməlum təşkilatçıları və tələbləri olan Moskvanın 2 aprel aksiyası hakimiyyətin təxribatıdır. 2012-ci ildə olduğu kimi bu etirazlara ümumiyyətlə son qoymaq cəhdidir" - Xodorkovski yazır.
Bundan əvvəl isə korrupsiya ilə mubarizə fondunun rəhbəri Aleksey Navalnı da aksiyanın təşkili ilə əlaqəsinin olmadığını bəyan edib.
O, martın 26-sında Zəfər meydanı yaxınlığında saxlanıb və hazırda inzibati xəta üzrə həbs cəzası çəkir.



Ana səhifəyə qayıt        Baxış: 1 290          Tarix: 2-04-2017, 17:48      

Xəbəri paylaş


Paylaş:   

Prizma