Xəbər lenti
7-12-2018, 18:32

 

Ötən axşam Ermənistanda baş nazir və ölkə parlamenti arasında siyasi böhrana çevrilən növbəti qarşıdurma başlayıb.

Buna keçmiş hakim Respublika Partiyasının üzvlərindən ibarət parlament əksəriyyətinin baş nazirin parlamentin buraxılması və növbədənkənar parlament seçkilərinin keçirilməsi səylərini sabotaj etmək cəhdləri səbəb olub.

Bundan sonra Paşinyanın minlərlə tərəfdarı deputatları parlament binasında mühasirəyə alıblar, Paşinyan özü isə onlarla danışıqlar aparıb. Danışıqlar başa çatdıqdan sonra o bildirib ki, müxalifət baş nazir vəzifəsinə namizəd çıxarmayacaq, o özü isə istefa edəcək.

Respublika Partiyası, Daşnaksütun və "Tsarukyan" blokunun deputatları "xalqın tələbini qəbul etdiklərini və baş nazir vəzifəsinə namizəd çıxarmayacaqlarını" bildiriblər.

Tərəflər dekabrda növbədənkənar seçkilərin keçirilməsi müddəti və tərəflərin öhdəlikləri haqqında sənəd imzalamaq barədə razılığa gəliblər.

Bundan başqa, Paşinyan "Çiçəklənən Ermənistan" və Daşnaksütun partiyalarından olan 6 naziri Respublika Partiyasının üzvləri ilə birlikdə "inqilab əleyhinə" fəaliyyətdə ittiham edərək, onların vəzifəsindən azad edilməsi haqqında fərman imzalayıb.

Amma oktyabrın 3-ü səhər yetərsay olmadığına görə parlament işinə başlaya bilməyib. Göründüyü qədər, hələlik Ermənistanda siyasi böhranın aşıldığını demək tezdir.




Ana səhifəyə qayıt        Baxış: 91          Tarix: 4-10-2018, 12:46      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent