Xəbər lenti

 

ABŞ Paris İqlim Konvensiyasından imtina edib.

Ovqat.com xəbər verir ki, ölkə prezidenti Donald Tramp Ağ Evin bağçasında jurnalistlərə verdiyi açıqlamada bunu bəyan edərək deyib:

"Bu gündən etibarən ABŞ olaraq, üzərimizdə mərhəmətsiz maliyyə və iqtisadi yük yaradan və hər hansı bir icbari qüvvəsi olmayan Paris Konvensiyasının bütün öhdəliklərindən geri çəkilirik."

Konvensiyanın şərtlərini yerinə yetirməyin ABŞ üçün çox baha başa gələcəyini düşünən Trump, müqavilənin başqa dövlətlərə fayda verdiyi üçün ABŞ-ı dezavantajlı mövqeyə saldığını etiraf edib.

 

Sazişi imzalayan Çin və Hindistan kimi dövlətlərin, hətta Avropa Birliyinin belə, atmosferə karbon buraxmağa davam etdiyini söyləyən Tramp, Paris Anlaşmasından daha yaxşı bir variant üçün çalışacaqlarını da etiraf edib.

 




Ana səhifəyə qayıt        Baxış: 616          Tarix: 2-06-2017, 01:57      

Xəbəri paylaş


Paylaş:   

Prizma