Xəbər lenti
Bu gün, 21:39
Bu gün, 20:06
Bu gün, 13:22
Bu gün, 12:26
Bu gün, 11:35
Bu gün, 10:46
Bu gün, 09:16
Dünən, 23:09
Dünən, 22:16
Dünən, 20:13
Dünən, 18:25
Dünən, 17:22
Dünən, 14:10
İngiltərənin Baş naziri Teresa May ilə ABŞ prezidenti Donald Tramp dünən gecə telefonla danışıblar. Liderlər Suriya məsələsini müzakirə ediblər.
Ovqat.com-un bildirdiyinə görə, məlumatı İngiltərənin Baş Nazirliyi yayıb.
Məlumatda bildirilir ki, Tramp telefon danışığında ABŞ-ın Suriya rejiminə qarşı əməliyyatına dəstək verdiyi üçün Maya öz təşəkkürünü bildirib.
Daha sonra hər iki siyasi xadim Rusiyanın Bəşər Əsədə verdiyi dəstək ətrafında fikir mübadiləsi aparıb və Moskvanı bu işdən yayındırmağın yollarını müzakirə ediblər. Açıqlamada deyilir:
"Baş nazir və prezident Əsədlə ittifaqın artıq Rusiyanın strateji mənfəətinə uyğun olmadığına Moskvanı razı salmaq istiqamətində fürsətin doğduğu fikrində həmrəylik nümayiş etdiriblər”.
Açıqlamadan həmçinin o da anlaşılır ki, ABŞ Dövlət Departamentinin rəhbəri Reks Tillersonun bu həftə Moskvaya edəcəyi səfər də Trampla Mayın bu sövdələşmədə əsas ümid yerinə çevrilib. Lider dünənki telefon danışığında da Suriyada qalıcı sülhün və siyasi həllin təmin edilməsində bu səfərin yaxşı fürsət yaradacağına inamlarını ifadə ediblər.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar