Xəbər lenti
 
Ermənistan Baş naziri Nikol Paşinyan son vaxtlarda daha az birbaşa yayımlar etməyə, əvəzində hər gün olmasa da həddindən artıq statistik məlumatlara tez-tez istinad etməyə başlayıb.

Paşinyan statistik məlumatları göstərməklə guya vədlərinə əməl etdiyini sərgiləmək istəyir. O qeyd edib: “İnqilabdan əvvəl vəd verdim ki, bir-iki il ərzində büdcənin gəlirləri 25-30% artacaq. Budur, 2019-cu ilin birinci yarım ilində büdcənin gəlirləri keçən ilin eyni dövrü ilə müqayisədə 25.1%, yaxud 152 milyard dram artıb”.

Daha sonra Paşinyan, bu artımın yanvarın 1-dən hərbçilərin maaşlarının 10 % artmasına imkan verdiyini deyib. Sentyabrın 1-dən isə 38 min müəllimin əmək haqqının 10% artılacağını vurğulayıb. 2020-ci il yanvarın 1-dən isə təqaüdlərin 10% artılacağını əlavə edib.

“Əlavə olaraq 7 milyard 400 milyon yol tikintisinə ayrılmaqla, ümumi olaraq 330 km avtomobil yolları təmir ediləcək. Bölgə layihələrinin həyata keçirilməsi məqsədilə 10 milyard dram bölgələrə ayrılacaq. 1988-ci il zəlzələsində mənzillərini itiriənlərin mənzil şəraitinin bir layihə əsasında həll edilməsinə 3 milyard dram ayrılacaq”, - deyə Paşinyan bəyan edib. 

Şübhəsiz ki, Paşinyanın büdcə gəlirlərinin artımından və bunları sosial vəziyyəti pis olan erməni cəmiyyətinin vəziyyətinin yaxşılaşdırılmasına yönləndirilməsindən danışması aldatmadır. Sadəcə maraqlı olan tərəf seçilən hərbçi, müəllim, zəlzələdən zərərəçəkənlər və təqaüdçülər kateqoqiyasıdır. Dövlət layihələri baxımından isə Paşinyan hökuməti yolları və yerli icmaları əsas götürüb. Yəni Paşinyanın əsas məqsədi ən qısa vaxtda əhaliyə hiss edilən dəyişiklikləri nümayiş etdirməklə, inqilabdan gözlənilən sürprizlər böhranını aradan qaldırmaqdır. 

Lakin artıq erməni xalqı yaxşı dərk edir ki, Paşinyan əvvəki hakimiyyətdən də pisdir və artıq onları alçaldır. İnsanlar həyatlarının kəskin dəyişməsini gözləsələr də hələlik məişət şəraitində heç bir dəyişikliyə gətirib çıxarmayan büdcə artımı ilə kifayətlənməlidirlər. Digər tərəfdən yol inşaası və müxtəlif yerli layihələrə vəsait xərclənəcək. Konkret hansı bölgə layihlərindən söhbət getdiyi isə məlum deyil. Lakin aydındır ki, bu vəsaitin sərf edilməsi əlavə dəyər gətirməyəcək, bu işlər qısamüddətli təssürat bağışlamaq üçün atılan addımdır. 

Ədalət naminə deyək ki, Paşinyan öz “vədləri”nə yenidən baxıb. İnqilabdan əvvəl Paşinyan bu barədə açıq şəkildə bəyan edib və bu barədə video görüntülər də var. O, büdcə gəlirlərinin yaxın 1-2 il ərzində 25-30% yox, 30-40% artacağını vəd edir. Hələ Paşikin bu “vəd”ləri yerinə yetirməyə vaxt var, buna görə də bu verilən rəqəm “vədləri”ni gizlətməyə nə ehtiyac vardı? Rəqəmlərin qəşəng səslənməsi naminə? Yoxsa “vəd”lərin 100% reallığa çevrilməyəcəyinə əminlik və fürsət varkən bir az fomasını dəyişməyə ehtiyac yaranıb? 

Alpər Mövludoğlu
Ordu.az



Ana səhifəyə qayıt        Baxış: 277          Tarix: 5-08-2019, 18:25      

Xəbəri paylaş


Paylaş:   

Prizma