Xəbər lenti

  

"Ermənistan baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyevin Moskvada görüşü ilk tanışlıq idi".

APA-nın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu sözləri Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov deyib. O bildirib ki, gələcək görüşlər barədə danışmaq isə hələ tezdir.

Qeyd edək ki, Ermənistan baş naziri Nikol Paşinyan ötən gün “facebook” səhifəsində Moskvada Rusiya prezidenti Vladimir Putin vasitəsi ilə Azərbaycan prezidenti İlham Əliyevlə tanış olduğunu bildirib.




Ana səhifəyə qayıt        Baxış: 1 113          Tarix: 15-06-2018, 15:45      

Xəbəri paylaş


Paylaş:   

Prizma