
Saytımızın dostu Aynur Talıblının qələmə aldığı bu yazıdakı bir çox məqamlarla razılaşmıram. Xüsusilə, Gülüstan müqaviləsinə imza atan tərəflərdən birininin – Qacariyyənin fars dövləti kimi təqdim olunması mübahisəyə xeyli açıqdır.
Bununla belə, yazarın vətən sevgisiylə döyünən qəlbi, odlu-alovlu həyəcanı bir çox ahıllarımıza dərs verəcək xarakterdə olduğunu nəzərə alıb məqaləni Ovqat.com oxucularına təqdim edirik:
SALAM OLSUN, Türk Yurdu TƏBRİZƏ, İRƏVANA!.. Bütöv Azərbaycana!
AYNUR TALIBLI
(İstanbul Sabahattin Zaim Üniversitesi.Tarih ve Medeniyet Araştırmaları Bölümü)
İbtidai sinifdə oxuyanda müəlliməm bizlərə vətənlə bağlı şeirlər əzbərlədərdi. Bir gün mənə əzbərləməyim üçün şeir gətirdi və dedi ki, bunu yaxşıca əzbərlə, tədbirdə oxuyacaqsan. Şeir yazılı vərəqi aldım, bu misralar yazılırdı:
Niyə ikidir adın?
Ay sənə qurban canım!
Cənub Azərbaycanım,
Şimal Azərbaycanım !
Şeiri oxuyunca həqiqətən təəcübləndim, o yaşlarda niyə vətənimin ikiyə bölündüyünü anlaya bilmirdim. Azərbaycanın niyə Cənub-Güney və Şimal-Guzey deyə adlandırılıdığını da anlamırdım. Sonradan müəlliməm izah etdi ki, bizi bölüblər, parçalayıblar. Arazın o tayında bizlərlə eyni qandan, eyni candan olan soydaşlarımız var. Bizi rusların və farsların ayırdığını , ananın burda, oğulun o tayda , qardaşın burda , bacının o tayda qaldığından, sadəcə həsrətlə illər boyu yol gözlədiklərindən bəhs etdi.
Düşündüm ki, mənim torpağımı, mənim vətənimi necə olur, fars və rus bölür, hansi səbəbdən, niyə?
Bu suallar məni çox narahat edirdi, aldığım cavablar məni qane etmirdi. Bəlkə də o zamanlar siyasət nə olduğunu bilmədiyim üçün anlamırdım. Yaşa dolduqca dünya siyasətinin çirkin və riyakar üzünü anladım. Zamanla ölkəmin ikiyə yox, bir neçə parçaya bölündüyünü öyrəndim – Cənub Azərbaycan, Şimal Azərbaycan, Qərbi Azərbaycan, Dərbənd və. s kimi.
Bütün bu gərçəkləri öyrəndikdən sonra məni daha çox üzən Azərbaycan Türk cəmiyyətində özümüzün özümüzü bölməsi, parçalaşası oldu. Belə ki, Güney Azərbaycanlıya " həmşəri", Qərbi Azərbaycanlıya " yeraz" deyilərək, ötəkiləşdirildiyinin də zaman-zaman şahidi olmuşam.
Bu, həqiqətən, heç bir cəhəhtdən doğru olmayan yanaşmadır. Bu yanaşma rusların və farsların Azərbaycan üzərindəki işğalından irəli gəlir. Yəni onlar Azərbaycanı parçalamaqla qalmayıb, soydaşlarımızı bir-birindən uzaqlaşdırmaya, ötəkiləşdirməyi də bacarmışlar. Nəticəsində "həmşəri", "yeraz" kimi anormal və bölücü ifadələr meydana çıxıb.
Amma zamanla Azərbaycanımız müstəqil və azad oldu. Bununla da, doğru olmayan ifadələr tədricən soydaşlarımız arasında istifadə olunmur və bizlər Azərbaycanımızın bütünlüyü üçün çalışır və bunu hər sahədə müdafiə edirik.
Oğuz Türk yurdu olan Azərbaycan, 1. Pyotr (1696-1725) zamanından başlayaraq, Çar Rusiyasının yayılma siyasətinin əsas ünsürü olan işgal planları arasında önəmli bir yer tutmaqda idi. 18-ci yüzildə xanlıqlara bölünmüş Azərbaycanı, 1786-ci ildə siyasi məqsədlərlə gəzmiş Rus polkovniki Burnaşev buradaki Şəki, Qarabağ, Quba, Şamaxı, Bakı, Naxçıvan, Gəncə, Təbriz, Ərdəbil, Xoy, Urmiyə, Talış, Marağa, Maku xanlıqlarının bəzilərinin idarə quruluşunu yarıbağımlı, bəzilərinin isə bağımsız oluğunu dəqiqləşdirmişdir. Bunlardan Urmiyə, Şəki, Qarabağ, Quba və Xoy xanlıqları digərlərinə görə daha güçlü idi.
18-ci yüzilin 2-ci yarısında bu xanlıqların xanları hər biri ayrı- ayrılıqda siyasi güçləri artırdıqca, Azərbaycan ərazilərini öz yönətimlərində (idarələrində) bir dövlət kimi toplamaq amacı (məqsədi) güdməkdə idilər. Güney Azərbaycanda Urmiyə xanı Fətəli Xan Əfşar, Quzey Azərbaycanda isə Şəki xanı Hacı Çələbi ve Quba xanı Fətəli xan Qubalı bu məqsəd üçün çabalamış, lakin müvəffəq ola bilməmişdir.
18-ci yüzilin sonlarında Quzey Azərbaycandakı xanlıqları (bütün Güney Qafqazı) hakimiyyəti (egemenliği) altına almağa çalışan İran ile Rusiya arasında bir çox müharibələr oldu. 3 yanvar 1804-cü il tarixində Gəncə xanı Cavad Xanın güçlü dirənişinə baxmayaraq, ruslar Gəncə Qalasını işgal etdilər. Cavad xan və oğlunun da ön səflərdə can verdiyi döyüşlərdə çox qanlar töküldü.
10 iyul 1804-cü il tarixində, Rusiya ilə İran arasında növbəti savaş başladı. Rus ordusu bir-birinin ardınca Qarabağ, Şəki, Şirvan, Quba, Bakı, Lənkəran xanlıqlarını ələ keçirdi. Belecə, quzeydəki bir çox xanlıq Rusiyanın egemenliyinə (hegemoniyası altına) girdi. Qacar ordularının rusları durdurma səyləri başarısızlıqla nəticələndi. Sonucda İran ilə Rusiya arasında 1813-cu ildə rəzil və tarixin ən ədalətsiz müqaviləsi imzalandı.
Türk millətinə qarşı bu iki şər qüvvə dəfələrlə düşmənçilik etmişlərdir. Azərbaycanımızın bölünməsi də bu düşmənliyin ən ümdə örnəklərindəndir. Dünya tarixinin ən acımasız və rəzil müqavilələrindən bəhs edərkən, sözsüz, Gülüstan və Türkmənçay müqavilələrini xüsusi qeyd etmək lazımdır. Heç bir hüquqa və ədalətə sığmayan bu müqavilələrlə Azərbaycan Türk yurdu və Azərbayca Türkləri özlərinin xəbəri və istəyi olmadan, iki yadın - Rusiya və İranın istəyi ilə bölündü, parçalandı. Bu müqavilələrin nə qədər acımasız və ədalətsiz olduğunu müqavilələri inələyincə daha aydın görürük. Belə ki, bölünən Azərbaycan torpaqları olduğu halda, ruslar və farslar xüsusilə Azərbaycan adını bu iki anlaşmanın heç birində qeyd etmir və bu yollada işğalçılıqlarını gizlətməyə çalışmışlar. Digər tərəfdən bu anlaşmaların yalnız Rusiya və İranın istəyi ilə olduğunu düşünsəniz, yanılırsınız. Azərbaycanı bölən bu məlum sazişlərdə ingilis və fransızların da xüsusi "əməyi","çabası" vardır. Bunu doğrulayan bilgilər vardır. Örnək olaraq, Rusiya tərəfindən bölücü Gülüstan müqaviləsini imzalayan general Ratişevin yazışmalarını göstərə bilərik.
Ratişev ingilis diplomatı Qor Uzeleyə "İran dövləti ilə ümümrusiya imperiyası arasında əbədi sülh haqqında traktat” kimi təqdim olunan Gülistan müqaviləsini bağlanmasında İran Qacar hakimiyyətini niyyətləndirməyə nail olduğu üçün minnətdarlığını bildirib.
Beləliklə, öncədən də qeyd etdiyimiz kimi, İran ilə Rusiya arasında 13 oktyabr 1813-cu ildə ( hicri 1228-ci ildə, təşrin-əvvəl ayının 13-də ) Qarabağın Gülüstan adlı bir kuşəsində müqavilə imzalandı və adını da bu məkandan alır. Müqaviləni İran tərəfdən şahın vəkili Mirzə Əbdülhəsən xan, Rusiya tərəfdən isə Ratişev imzalayıb.
Bu ədalətsiz anlaşmanın izmalandığı anı Türk dünyasının görkəmli şairi Azərbaycan Oğuz Türkü Bəxtiyar Vəhabzadə öz sözləri ilə çox gözəl əks etdirərək yazır:
İpək yaylığıyla o, asta-asta
Silib eynəyini gözünə taxdi.
Əyilib yavaşca masanın üstə
Bir möhürə baxdı, bir qola baxdı.
Kağıza həvəslə o da qol atdı,
Dodağı altından gülümsəyərək.
Bir qələm əsrlik hicran yaratdı,
Bir xalqı yarıya böldü qılınctək.
Öz sivri ucuyla bu lələk qələm,
Dəldi sinəsini Azərbaycanın.
Başını qaldırdı,
Ancaq dəmbədəm
Kəsdilər səsini Azərbaycanın.
O güldü kağıza qol çəkən zaman,
Qıydı ürəklərin hicran səsinə.
O güldü haqq üçün daim çarpışan
Bir xalqın tarixi faciəsinə.
Əyləşib kənarda topsaqqal ağa,
Hərdən mütərcimə suallar verir.
Çevrilir gah sola, baxır gah sağa,
Başını yellədib təsbeh çevirir.
Qoyulan şərtlərə razıyıq deyə,
Tərəflər qol çəkdi müahidəyə...
Tərəflər kim idi? Hər ikisi yad!
Yadlarmı edəcək bu xalqa imdad?!
"Əbədi barış ve dostluq" anlaşması olaraq adlandırılan bu səfsətə ilə Oğuz Türk yurdu Azərbaycan və Oğuz Türkü olan Azərbaycanlılar iki parçaya bölündü. Bu nəticə güç və adalətsizliyin gücünü birləşdirməyə nail olmayan Türk millətinə qarşı bu günədək qazanılan zəfəri oldu.
11 maddədən ibarət olan bu anlaşmaya görə, iki istilacı-işğalcı dövlət (Rusiya və İran) arasındakı sərhədd xətti (sınır) Araz çayı olaraq qəbul edildi və Azərbaycan, Quzey AzƏrbaycan ve Güney AzƏrbaycan olaraq ikiyə bölündü.
Bunun acısını-ağrısını illərlə soydaşlarımız yaşadı və yaşayır. Bu gündə fars zülmünə məruz qalıb öz ana dillərində təhsil ala bilmir və öz torpaqlarında farslar tərəfindən ötəkiləşdirilir, zülmə məruz qalırlar. Düşünün, qardaşı-qardaşdan, iki sevəni bir-birindən və yurdundan ayrı salan bu acımasız anlaşma soydaşlarımızın ürəyində sağalmaz yara açdı.
Sonralar xalq arasında çox yayqınlaşan bu dördlük, bir ulusun bölünmüşlüyünün ürəklərdə yaratdığı ortaq acının yansıması oldu:
Arazı ayırdılar,
Qan ile doyurdular,
Mən səndən ayrılmazdım,
Zülm ilə ayırdıları.
Bu ədalətsiz müqavilədən bir müddət sonra yeni bir müqavilə imzalama gərəyi duyan farslar və ruslar işğalçı siyasətlərinə davam etdilər. İran hakimiyyəti Gülüstan müqaviləsi ilə Güney Qafqazdakı topraqlarından vaz keçmək istəmirdi. Bu dəfə də İngiltərə və Fransanın yardımı ilə itirdiyi toprakları geri alma savaşına girmişdi.
Sizlərə öncədən də qeyd etdiyim kimi, Azərbaycanın bölünməsində ruslar və farslar qədər ingilislər və fransızlar da xüsusi "canfəşanlıq " göstərirdilər. Çünki onlar Azərbaycan Oğuz Türk yurdunu " yağlı tikə" olaraq görürdülər. Vətənimizin verimli torpaqları, gözəl iqlimi, təbii sərvətləri və stratejik önəmi yadların iştahasını qabardırdı.
16 iyul 1826-ci il tarixində quzey xanlıqları geri almaq məqsədi ilə başladılan bu savaşlarda Abbas Mirzənin idarəsində İran ordusunun yenilgisi nəticəsində, 10 fevral 1828 -ci il tarixində yenə başqa bir ingilis diplomatın - İngiltərənin səfiri MakDonaldın vasitəçiliyi ilə Təbriz yolunun üstündə yerləşən Türkmənçay kəndində I Nikolay ilə Fətəli şah arasında sülh müqaviləsi imzalandı. Müqaviləyə görə, Naxçıvan və Rəvan (İrəvan) xanlıqları da Rusiyaya verildi. Rusiya, 1850 -ci ildə Rəvan Xanlığından Erivan vilayəti yarataraq, gələcəkdə quracaqları qondarma "Ermənistan”ın təməlini atdılar.
Həqiqətdə isə İrəvan torpaqları ən qədimdən türk-müsəlman yurdu olmuş, düşmən qüvvələri qarşısında möhkəm dayanmışdı. Hətta Rus-İran müharibəsində burada yaşayan azərbaycanlı türklər çarın işğalçı qoşunlarına qarşı qəhrəmancasına döyüşmüşdülər.
Ruslar Türkmənçay müqaviləsinin 14. maddəsi çərçivəsində, İran erməniləri yəni 40.000 dən çox ermənini Güney Qafqaza, özəlliklə Rəvan, Naxçıvan ve Qarabağ bölgələrinə köç etdirdi. Ermənilər Türkmənçay müqaviləsinin şərtlərindən çox məmnun idilər. Tarixçilər erməniləri “Türkmənçayın övladları” adlandırırdılar, çünki Türkmənçay müqaviləsindən əvvəl ermənilər, demək olar ki, torpaqsız olublar. Erməni tarixçisi Anahid Terminasın qeyd etdiyi kimi, "ermənilər 1917-ci ilədək Qafqazın heç bir məntəqəsində çoxluq təşkil etməmişlər və onların müəyyən bir əraziləri də yox idi".
Beləliklə Rusiya Qafqazı xiristianlaşdırmaq siyasətinə son sürətlə həyata keçirmiş olurdu. "Xıristiyanlaşdırma” siyasəti nəticəsində 20-ci yüzilin əvvəlinə qədər 1.300.000 erməni sözügedən bölgələrə köç etdirildi. Bu erməni topluluqların bir qismini Qarabağın dağlıq bölgələrindəki topraqlara yerləşdirdilər. Beləliklə, həmin əraziləri ermeni yerləşim bölgələri halına gətirdilər.
Azərbaycanın bu gün yaşadığı Qarabağ sorununun təməlləri də elə vaxtdan ruslar və farslar tərəfindən perspektivə hesablanmış planla ərazilərimizin bölünməsiylə, 188 il öncəsində atılmışdır.
Bizi hər zaman bölən, parçalayan qüvvə olan farslar və ruslar, bunu Türk millətinin birliyndən duyduqları böyük qorxuya əsaslanaraq edirdilər. Bu günlərdə özlərini siyasətçi, akademik və millət vəkili hesab edən ahıl yaşlı bəzi işbazlara Azərbaycan Türk tarixini incələməyi məsləhət görürəm. Bəziləri deyəsən xarici qüvvələrin (rusların və ermənilərin) xüsusi sifarişi ilə heç də tarixi gərçəyliyi olmayan cəfəngiyyatlarını millətin beyninə yeritmək istəyir. Siz düşünün, Azərbaycanı bölən, parçalayan rusları və onların xiristian qardaşları olan erməniləri İrandan Azərbaycan türklərinin tarixi torpaqları olan İrəvana, Qarabağa, Naxçıvana, Bakıya xüsusi işbazlıqla və işğal siyasəti ilə köçürən rusların öz imperiyasının Azərbaycanın inkişafında necə rolu ola bilər? Təbii ki, heç bir rolu yoxdur! Əksinə, ən ağır zərbəni Azərbaycan türklərinə tarix boyu rus və fars hakimiyyətləri vurmuşdur.
Bəziləri idda edir ki Azərbaycan xalqının formalaşmasında rusların rolu var. Bu özlərini akademik və siyasətçi adlandiranlara söyləmək istərdim ki, szin Azərbaycan xalqı dediyiniz Azərbaycan Oğuz Türkləri minilliklər boyu vardır və formalaşmişdır! Biz Türklər hər zaman dövlət qurmuş və xalqları yönəltmişik. Ruslar ,sizin o sevdiyiniz Rus İmperiyası Azərbaycan xalqını yox, erməni xalqının formalaşmasında, qondarma Ermənistanın yaradılmasında böyük rol oynamışlardır.
Sizin söylədikləriniz QƏDİM VƏ KÖKLÜ TARİXƏ MALİK OLAN BİZ AZƏRBAYCAN TÜRKLƏRİNƏ VƏ ŞƏHİDLƏRİMİZƏ QARŞI BÖYÜK TƏHQİRDİR.
Sizin rus sevdanız bizim Azərbaycanımızın bütövlüyünə zərər verir və hər zaman vermişdir. Azərbaycan müstəqil Türk dövlətidir və bizlər müstəqilliyimizi şəhidlərimizin qanı ilə əldə etmişik! Bizim Müstəqil dövlətimiz və dövlət başçımız vardır! Siz hansı hüquqla bizləri rus işğalçılarının meydana gətirdiyi qondarma bir xalq kimi qələmə verməyə çalışırsınız? Azərbaycanın müstəqilliyini əsla bu qara və məkirli düşüncələrinizlə kölgələyə bilməyəcəksiniz! Bizlərin bu dönəmdə də Mübariz və Fərid kimi canını fəda etməyə hazır ərlərimiz, igidlərimiz vardır!
Son zamanlar dəb halına gəlib ,yerindən qalxan "Türk milləti deyilik” və ya "ruslar Azərbaycanın qurulmasında xidmət edib", "ruslar bizi dəstəkləyib" kimi cəfəngiyyatlar yaymağa çalışır.
Azərbaycanın mərhum lideri, dövlət başçısı Heydər Əliyev "Türkiyə və Azərbaycan bir millət iki dövlətdir" deyə söyləmiş və bu yöndə siyasət həyata keçirmişdir! Siz hansı haqla bu siyasətə qarşı çıxırsınız? Digər tərəfdən, görünür, siz Bakının mərkəzində yerləşən "ŞƏHİDLƏR XİYABANI" nı heç ziyarət etməmişsiniz. Çünki orda yatan şəhidlərimizi görən birisi əsla "ruslar Azərbaycanın qurulmasına xidmət etmişdir”-deyə bilməz! Əgər Azərbaycanın Şərqdə İLK CUMHURİYYƏTİ qurmasına dəstək və xidmət edənlərin kim olduğunu bilmək istəyirsinizsə ,sizə yenidən ŞƏHİDLƏR XİYABANINI ZİYARƏT ETMƏYİ MƏSLƏHƏT GÖRÜRƏM.ORAYA ZİYARƏTƏ GEDİNCƏ AZƏRBAYCAN TÜRK yurdunu erməni,rus quldurlarından xilas etməyə dəstək üçün gələn Anadolu Türkü soydaşlarımızı,İstanbuldan yola çıxan Türk ordusunun əsgərlərinin yəni Türkiyənin dörd bir yanından gələn qardaşlarımızın məzarını mütləq ziyarət etmənizi məsləhət bilirəm. O zaman anlayacaqsınz, kimlər bizlərə dəstək olmuşdur. Bütün bu gərçəkləri inkar etsəniz o şəhidlərin qanı və Azərbaycan Torpağının havası suyu sizlərə haram olar!
Bu arada sizlərə Mustafa Kəmal AtaTürkün bu sözlərini xatırlatmaq istəyirəm "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir". Yəni çox yox, azacıq tarixi araşdıran gərcəkləri görə bilər.
İstifadə edilən mənbələr:
1. AZƏRBAYCAN TARİHİ'NDEN(Rus ve Fars Egemenliği Altında Kuzey ve Güney Azərbaycan’da Kültürel Kimlik Arayışlar
Bilgicik.COM
2.http://anl.az/down/meqale/Azərbaycan/2011/fevral/156832.htm
3.
Dr. Okan YEŞİLOT: “Türkmençay antlaşması ve sonuçları” makalesinden alıntı
www.mehmetcik.tr
Xüsusi Təşəkkür: Verdiyi dəyərli bilgilər üçün Türk komutan İshak Çelik bəyə saygılarla.
Paylaş: