Xəbər lenti

 Ovqat.com "Şərq qapısı" qəzetinə istinadən xəbər verir ki, AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Aygün Orucovanın “Cəlil Məmmədquluzadənin şeir yaradıcılığı” adlı monoqrafiyası işıq üzü görüb. KitabAMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin elmi redaktorluğu, filologiya üzrə elmlər doktorları – Hüseyn Həşimli və Fərman Xəlilovun rəyləri ilə çap olunub. Monoqrafiya akademik İsa Həbibbəylinin qələmə aldığı “Böyük ədibin şeir yaradıcılığı” adlı ön sözdən, giriş, 3 fəsil və nəticədən ibarətdir. Əsərdə XIX əsrin sonlarında Naxçıvan ədəbi mühitinin yetirməsi olan yazıçı, dramaturq, “Molla Nəsrəddin” satirik məcmuəsinin və eyniadlı ədəbi məktəbin yaradıcısı Cəlil Məmmədquluzadənin zəngin və çoxcəhətli yaradıcılığının nisbətən az araşdırılan bir sahəsi tədqiqata cəlb olunub. Monoqrafiyada mollanəsrəddinçi satirik şeirin ideyaestetik, dil və ifadə xüsusiyyətlərinin formalaşdırılmasında Cəlil Məmmədquluzadənin rolundan əsaslı şəkildə bəhs edilir. Kitabda uzun illər “Nə işim var?!” satirası ilə bağlı böyük ədibin, müasirlərinin yazdıqları qeydlərə, bu əsərlə əlaqədar mübahisələrin tarixi və məzmununa diqqət çəkilir və yeni mövqe ortaya qoyulur.




Ana səhifəyə qayıt        Baxış: 1 223          Tarix: 21-07-2017, 11:34      

Xəbəri paylaş


Paylaş:   

Prizma