Xəbər lenti
  Məlumdur ki, Xətai istisna olmaqla bütün orta əsr klassiklərimiz portretləri birbaşa onların simalarını əks etdirmir. Yaradıcı birliklər, rəssamlar tərəfindən təzkirələr əsasında xüsusi araşdırmalar aparılaraq eskizlər cızılır. Məhz həmin eskizlərə uyğun olaraq oxşar simalı şəxsləri seçərək onların vizual görkəmi əsasında dahilərin portretlərini yaradıblar. Məsələn, Nizami Gəncəvinin bu gün hamımızın təsəvvür etdiyimiz siması, istər filmdə, istər heykəllərində, istərsə də bütün rəsmlərində əks olunan vizual görkəmi yerli bir axundun portretidir. 
XIV-XV əsrdə yaşamış böyük Azərbaycan filosofu və şairi 
İmadəddin Nəsiminin adı çəkiləndə yəqin ki, hamının göz önünə kitablarda gördüyü sima, yaxud Rasim Balayevin yaratdığı obraz gəlir. Burada filmin quruluşçu rəssamları Məmməd Hüseynov və Mais Ağabəyovun da rolu danılmazdır. Amma Azərbaycan, eləcə də Şərq ictimaiyyətinə Nəsiminin vizual simasını Azərbaycanın xalq rəssamı Mikayıl Abdullayev çatdırıb. 
Yuxarıda dediyimiz proses əsasında çəkilən “Nəsimi” portreti sonradan əsl təəccüb obyekti olur. Belə ki, Nəsiminin 640 illik yubileyi münasibətilə onun dəfn olunduğu Hələp şəhərində (Suriya) gedən azərbaycanlı ziyalılardan ibarət nümayəndə heyəti orada qarşılaşdıqları şəxsə görə çox təəccüblənirlər. 
Belə ki, aralarında akademik  Bəkir Nəbiyev, Qəzənfər Paşayev, Teymur Kərimli kimi alimlərin olduğu nümayəndə heyəti əvvəlcə Nəsiminin məzarını ziyarət edirlər. Qeyd edək ki, Hələp şəhəri bu gün acınacaqlı durumda olsa da Nəsiminin məqbərəsi hər zaman müqəddəs bir yer kimi dəyərləndirilib. Belə ki, həmin nümayəndə heyətinin tərkibində olan mərhum akademik Bəkir Nəbiyev öz xatirələrində bu barədə belə qeyd edir:   
Nəsimi sənduqəsinin qiblə tərəfindəki hamar səthi üzərində iri, qara hərflərlə ərəbcə bu sözlər yazılıb:
"Bu, şəhid bəndə, böyük sufi, arif, Allahın dostu Şeyx Əli İmadəddin Nəsiminin məzarıdır. Allah ona rəhmət etsin... Qəbri müqəddəs olsun". Şairin edam olunduğu tarix isə Nəsimi təhkiyəsinin divarındakı lövhədə dəqiq göstərilib: "Burada 820 hicri - 1417 miladi ilində İmadəddin Nəsimi dəfn olunub".
Image result for nəsiminin portreti
Son illərdə yazıldığı aşkarca görünən birinci mətndəki şəhidlik tarixi (824) ilə şairin təkyəsinin üzərindəki lövhədə göstərilən tarix (820) arasında bir uyğunsuzluq nəzərə çarpır. Sonuncu rəqəm Nəsimidən bəhs edən bütün əlimiz çatan mənbələrdə göstərilən edam tarixi ilə eynidir və səfərimiz zamanı bizə bağışlanmış "Hələb yaqutu İmadəddin Nəsimi (771-820): həyatı, şeiri və fəlsəfı fıkirləri" kitabında göstərilən tarixlə də üst-üstə düşür. Kilabın müəllifi ərəb alimi Əbdül Fəttah Rəvvas Qələçidir.
 
Mərhum akademik bu gün barəsində söhbət açdığımız və Nəsimi portretinin həqiqiliyini özündə əks etdirən bir hadisəni belə qeyd edir:
“Ziyarət vaxtı bizim bələdçimiz şairin nəslinin davamçılarından Məhəmməd Məmduh oğlu Nəsiminin özü oldu. Səfirimizin bizimlə tanış etdiyi 35 yaşlı Məhəmmədi görəndə də qəribə anlar yaşadım: bu ki, bizim üçün əziz olan məşhur "Nəsimi" portretinin canlı prototipidir! Böyük xalq rəssamımız, akademik Mikayıl Abdullayev portret üzərində işlərkən, bəlkə də, o zaman hələ heç dünyaya gəlməmiş bu Məhəmməd Nəsimiyə baxırmış?
Möhtərəm oxucular bilirlər ki, Xaqani və Nizamidən tutmuş Vaqifə qədər Azərbaycan şairlərinin heç birinin sağlığında çəkilmiş portreti olmayıb. (Şah İsmayıl Xətainin italyan rəssamı tərəfındən çəkilmiş portreti istisnadır). Bu nəsil şairlərinin görkəmli Azərbaycan rəssamları onların həyat və yaradıcılıqlarını, yaşadıqları dövrün tarixini, cəmiyyətin adət-ənənəsini, etnoqrafıyasını, o zaman dəbdə olan libasları və s. dərindən öyrənmişlər. Sənətkarın xasiyyət və xarakterini, daxili dünyasını, hiss və duyğular aləmini əks etdirmək üçün ən mötəbər mənbə isə, əlbəttə, həmin şairlərin şeir və poemalarıdır. Bülün bunlarla əlaqədar apardığı çox ciddi araşdırma vətəhlillərdən sonra öz yaradıcılığına qarşı çox tələbkar olan böyük rəssamımız Nəsiminin indi bütün dünyada qəbul edilmiş əla portretini çəkib meydana qoymuşdur (Bu əsərin surəti beynəlxalq elmi konfransda nümayişetdirildikdən sonra səfırimiz onu ev sahiblərinə hədiyyə etdi). Məni heyrətə salan isə bu oldu ki, şairimizin portretində öz əksini tapan obrazın işıqlı çöhrəsi, vüqar və iradəsi, ağıllı gözləri, mütəfəkkir və şairanə pozası az qala yüzdə-yüz Məhəmməd Məmduh oğlu Nəsimi idi ki, ədəbiyyatımızın gözəl bilicilərindən olan M.Abdullayevin çəkdiyi kamil şəkildən bizə baxırdı. Mən şəcərə davamçılarının neçə nəsildən sonra öz ulu babalarının əsas əlamət və keyfıyyətini az qala eynilə təcəssüm etdirdikləri barədə gen nəzəriyyəsində deyilənləri təkrar etmək istəmirəm. Amma həqiqət bütün parlaqlığı ilə gözümün önündə canlanırdı. "Nəsimi" portretindəki şair və filosof obrazı ilə müasirimiz olan Məhəmməd Məmduh oğlu Nəsimi arasındakı identikliyə heç bir söz ola bilməzdi!”
Moderator.az



Ana səhifəyə qayıt        Baxış: 1 178          Tarix: 22-06-2017, 09:31      

Xəbəri paylaş


Paylaş:   

Prizma