Elxan Şahinoğlu: “Ermənilər dünyadakı bütün terrorçuları Qarabağa cəlb etməyə çalışır”
Son vaxtlar Azərbaycan və Türkiyə mediasında ermənilərin Qarabağda yerləşdirdiyi PKK-çılar və onların ordumuza qarşı təşkil olunan hücumlarda aktiv iştirakı ilə bağlı çoxsaylı informasiyalar yer almaqdadır.
Maraqlıdır, Azərbaycan bu informasiyaları beynəlxalq miqyasda ictimailəşdirməlidirmi? Bu, Qarabağda anti-terror əməliyyatları üçün əlavə zəmin yarada bilərmi?
Moderator.az-a açıqlama verən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bu məlumatların dünya ictimaiyyətinə çatdırılmasının mühüm önəm kəsb etdyini vurğuladı:
“I Qarabağ savaşından da məlumdur ki, erməni terrorçuları dünyadakı bütün terrorçuları Qarabağa cəlb etməyə çalışıb. Bu terrorçuları içərisində PKK-çılar da olub. PKK ASALA ilə müttəfiq təşkilatdır. Bu baxımdan mən Qarabağda PKK-çıların da, Suriyadan gətirilən ermənilərin də mövcudluğunu istisna etmirəm.
Ermənistan hakimiyyətinin resursları tükənib. Onlar Qarabağdakı itkiləri doldura bilmirlər. Buna görə də rezervlərə ehtiyac duyurlar. Bu səbəbdən də müxtəlif terrorçuları Qarabağa cəlb etməyə çalışırlar.
Azərbaycan bu faktları dünya ictimaiyyətinə çatdırmalıdır. PKK-ya qarşı mübarizə aparan Türkiyəyə Azərbaycan öz dəstəyini bir az da artırmalıdır. Habelə, Qarabağ və onun ətrafında erməni separatçılarının və digər terrorçuların möhkəmlənməsinə imkan verməməliyik. Yaxşı olardı ki, oradakı PKK-çılardan əsirlər də götürək və həmin əsirlərdən Qarabağdakı PKK-çıların sayı, onların hansı nöqtələrdə yerləşdirilməsi ilə bağlı dəqiq məlumat ala bilək”.
Paylaş: