Xəbər lenti

 AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi Şurasının qərarı ilə XIII-XIV əsrlərdə yazıya alınması təxmin edilən məşhur dini-tarixi qəhrəmanlıq dastanı “Xavərnamə” çap olunub.

 APA-nın xəbərinə görə, dastanda yüksək mənəviyyatı, əxlaqı, insanpərvərliyi ilə bütün Şərqdə şöhrət tapmış  dörd raşidi xəlifədən biri Hz. Əli ibn Əbu Talibin şücaət və ədalətindən söhbət açılır. Dastan mədəniyyətimizin, ədəbiyyatımızın, din tariximizin, o cümlədən dastanşünazlığımızın öyrənilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

 Dastanın Bakı əlyazma nüsxəsi geniş ictimaiyyətə ilk dəfə təqdim olunur.

 Əsəri Aybəniz Rəhimova transfonoliterasiya edib, müqəddimə yazıb və nəşrə hazırlayıb. Nəşrin elmi redaktoru Əli Məmmədbağır oğlu, redaktorları Arif Ramazanov və Kərimulla Məmmədzadədir.

 Qeyd edək ki, mətnin bir hissəsi mərhum alim, əməkdar elm xadimi  Şamil Cəmşidov tərəfindən transfonoliterasiya edilib, şərhlər yazılıb. O, vəfat etdiyi üçün iş yarımçıq qalıb. A. Rəhimova öz sələfinin xidmətlərini unutmayıb, onu da həmmmüllif kimi qeyd edib.

 Əsər “Elm və təhsil” nəşriyyatında işıq üzü görüb.  




Ana səhifəyə qayıt        Baxış: 868          Tarix: 22-06-2017, 09:48      

Xəbəri paylaş


Paylaş:   

Prizma