Bu gün İ.Əfəndiyev adına Elitar Gimnaziyada görkəmli pedaqoq-alim Yəhya Şəfi oğlu Kәrimovun anadan olmasının 90, elmi-pedaqoji fəaliyyətinin 75 illiyi münasibəti ilə tədbir keçirilmişdir.
Ovqat.com xəbər verir ki, bu barədə məlumatı pedaqoji elmlər doktoru, professor, əməkdar elm xadimi, Beynəlxalq Pedaqoji Akademiyanın həqiqi üzvü ,Pedaqoji və Sosial Elmlər Akademiyasının akademiki Fərrux Rüstəmov öz foocebok səhifəsində paylaşıb.
Yəhya Şəfi oğlu Kәrimov Qax rayonunda anadan olub (1927). Muğal kənd yeddiillik məktəbini, Zaqatala Pedaqoji Texnikumunu, ADPİ-nin dil-ədəbiyyat fakültəsini, Azərb.ETPEİ-nin əyani aspiranturasını bitirmişdir. ”İbtidai sinif şagirdlərinin nitqindəki yerli şivə xüsusiyyətləri və onların aradan qaldırılması yolları” (1962) mövzusunda namizədlik, “İbtidai siniflərdə Azərbaycan dili dərslərində lüğət işinin təşkili” (1975) mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Azərb.ETPEİ-də kiçik elmi işçi, elmi işçi, baş elmi işçi, şöbə müdiri, direktor müavini vəzifələrində çalışıb. 1986-cı ildən professordur. 1970-ci ildən “İbtidai məktəb və məktəbəqədər tərbiyə” məcmuəsinin redaktorudur. SSRİ PEA-da ibtidai təlim üzrə problem şuranın üzvü, Təhsil Nazirliyinin nəzdində məktəbəqədər tərbiyə və ibtidai təlim elmi-metodik şurasının sədri (1973-2012) olmuşdur. 1963-cü ildən 2007-ci ilə kimi ümumtəhsil məktəbləri üçün “Əlifba” və “Ana dili” dərsliklərinin müəllifi olub. “Qabaqcıl maarif xadimi” (1967), ”SSRİ maarif əlaçısı” (1974), “Əmək veteranı” (1974), “Fədakar əməyə görə xatirə medalı” (1970), Qırmızı Əmək Bayrağı ordeni (1971), Azərbaycan Ali Sovetinin Fəxri Fərmanı (1981), “Şöhrət” ordeni (2000) ilə təltif olunub. Beynəlxalq Pedaqoji Akademiyanın həqiqi üzvüdür. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, əməkdar müəllimdir. Azərbaycanda ibtidai təlimin elmi əsaslar üzərində qurulması və inkişafı onun adı ilə bağlıdır.
Ovqat.com
Paylaş: