Xəbər lenti
Dünən, 22:50
Dünən, 19:38
Dünən, 16:47
Dünən, 16:16
Dünən, 11:26
11-12-2024, 23:16
11-12-2024, 22:15
11-12-2024, 21:39
11-12-2024, 20:06
11-12-2024, 19:16
11-12-2024, 17:26
11-12-2024, 16:40
11-12-2024, 15:05
Beynəlxalq aləmdə tanınmış, azərbaycanlı alim, fizika-riyaziyyat elmləri doktoru, professor Məsud Əfəndiyev Kanadanın ən böyük şəhəri olan Torontoda yerləşən Toronto Universiteti və Fields Universitetinə dəvət edilib.
Ovqat.com xəbər verir ki, bu barədə Mia.az-a AMEA Riyaziyyat və Mexanika İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, Fizika üzrə fəlsəfə doktoru Aynurə Cəfərova məlumat verib.
Onun sözlərinə görə, azərbaycanlı alim professor (Deans Distinguished Professor) olaraq bir semestr ərzində 01.01.2018-30.06.2018 tarixində Riyaziyyat fakultəsində riyazi biologiya üzrə mühazirələr oxumaq üçün dəvət olunub.
Bu universitetlər adətən mühazirə oxumaq üçün "Deans Distinguished Professor” stasunda olan Nobel və Fields mükafatı laureatlarını dəvət edirlər.
Xatırladaq ki, Məsud Əfəndiyev Azərbaycanın Zaqatala şəhərində anadan olub. O, orta məktəbi fərqlənmə diplomu ilə bitirib, Bakı və Moskva Dövlət Universitetınin riyaziyyat-mexanika fakultəsində təhsil almışdır. Diplom işini professor Mark Vişık və Aleksandr Şnirelmanın rəhbərliyi altında yazmışdır. Bu iş 1975-ci idə nəşr üçün akademik Əşrəf Hüseynov tərəfindən "Azərbaycan SSR-i Elmlər Akademiyasının Məruzələri” jurnalına təqdim edilmişdir.
O, 1989-cu ildə birgə əməliyyatlar aparmaq üçün ABŞ Merilend Universiteti tərəfindən dəvət olunub, orada onun elmi nailiyyətləri ilə maraqlanan alman həmkarları ilə tanış olmuşdur. Elə orada da Humboldt mükafatı müsabiqəsində iştrak etmək üçün sənədlərini təqdim etmə təklifıni almışdır. Həmkarları onun namizədliyini dəstəkləmişlər və bu mükafatı alandan sonra Əfəndiyev onun ikinci vətəni sayılan Almaniyada qalmaq qərarına gəlmişdir.
Beynəlxalq aləmdə tanınmış alim, fizika-riyaziyyat elmləri doktoru, professor Məsud Əfəndiyev hazırda Almaniyanın Münxen şəhərində "Helmholtz” Elmi-Tədqiqat Mərkəzində "Dinamik sistemlər” şöbəsinin müdiri vəzifəsində çalışır.
Məsud Əfəndiyev professor olaraq Yaponiya, Avropa, Kanada və ABŞ-nın bütün universitetlərində bir çox məruzələr etmişdir. On aparıcı Beynəlxalq jurnallarının redaksiya şuralarının üzvü olmaqla bərabər, International Journal of Biomathematics and Biostatistics jurnalın baş redaktoru və Yaponiya, Almaniya, ABŞ və İsveçrədə nəşr olunan beş monoqrafiya müəllifidir.

Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar