Xəbər lenti
Son 10 il ərzində Azərbaycan iqtisadiyyatı 3,5 dəfə artıb.
Ovqat.com xəbər verir ki, Trend-in məlumatına görə, bunu bu gün tikinti sektoru nümayəndələri ilə görüşdə Baş nazirin müavini, hakim Yeni Azərbaycan Partiyası sədrinin müavini - icra katibi Əli Əhmədov deyib.
Ə.Əhmədov bildirib ki, bu dövr ərzində Azərbaycanda ölkə başçısının təşəbbüsü ilə 1,5 milyon iş yeri yaradılıb.
Daha sonra baş nazirin müavini əlavə edib: "Bu dövr ərzində ölkə başçısının təşəbbüsü ilə Azərbaycanda 1,5 milyon iş yeri yaradılıb, pensiya və əməkhaqları təxminən 3 dəfə artıb. Təkcə ötən il ölkədə 90 min yeni iş yeri yaradılıb. Azərbaycan yoxsulluq səviyyəsinin azalması istiqamətində görülən işlərdə başqa ölkələrə nümunə ola bilər".
Ə.Əhmədovun sözlərinə görə, hazırda işsizlik səviyyəsinin azaldılması istiqamətində işlər aparılır: "Hazırda Azərbaycanda işsizlik səviyyəsi 6 faizdən azdır. Digər sahələrdə də böyük inkişaf müşahidə olunur".


Ana səhifəyə qayıt        Baxış: 991          Tarix: 27-04-2017, 12:03      

Xəbəri paylaş


Paylaş:   

Prizma