Xəbər lenti
 
Azərbaycan Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclasındakı nitqindən irəli gələn vəzifələr Suraxanı Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş iclasında ətraflı müzakirə olunub.
 
Ovqat.com bildirir ki, bu barədə AZƏRTAC-a Suraxanı Rayon İcra Hakimiyyətindən məlumat verilib. Məruzə ilə çıxış edən Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov ilin birinci rübündə rayonun sosial-iqtisadi göstəricilərini şərh edərək bildirib ki, bu dövr ərzində rayonda sənaye məhsulunun istehsalı 39 faiz, tikinti-quraşdırma işləri 19 faiz, əsas kapitala yönəldilən investisiyalar 31 faiz, pərakəndə ticarət dövriyyəsi 4 faiz, orta aylıq əmək haqqı 8 faiz, əhaliyə göstərilmiş pullu xidmətlər 6 faiz, kənd təsərrüfatı 2,1 dəfə, nəqliyyat xidmətləri 2,4 dəfə artıb.
İcra başçısı, həmçinin rayonda aparılan tikinti-quraşdırma, yaşıllaşdırma və təmizlik işləri, infrastrukturun inkişafı ilə bağlı geniş məlumat verib. Bildirib ki, Bakı şəhərində IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi ilə bağlı “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğuna çoxlu sayda qonaq və turist gələcəyini nəzərə alaraq, rayon ərazisində yerləşən idarə və müəssisələrin inzibati binalarının fasadları və hasarları təmir edilir.
İ.Abbasov qeyd edib ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın sədrliyi ilə cari il martın 9-da keçirilən müşavirədə Bakı və Sumqayıt şəhərlərindəki yataqxanalarda müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin problemlərinin həlli ilə bağlı verilmiş tapşırıqlar Suraxanı Rayon İcra Hakimiyyətində keçirilən iclasda geniş müzakirə olunub, məcburi köçkünlərin məşğulluğunun təmini və digər məsələlərlə barədə konkret tədbirlər müəyyənləşdirilib. Diqqətə çatdırılıb ki, ötən ilin əvvəlində Azərbaycan Prezidentinin tapşırığına əsasən rayonda sahibkarlığın inkişafı, əhalinin məşğulluq səviyyəsinin artırılması, iş yerlərinin açılması, investisiyaların, o cümlədən xarici sərmayələrin cəlb edilməsi məqsədilə Suraxanı Rayon İcra Hakimiyyətində xüsusi qərargah yaradılıb, işsiz vətəndaşların ödənişli işlərə cəlb olunmasına başlanılıb, yeni iş yerləri açılıb. 2017-ci ilin birinci rübü ərzində rayonun aidiyyəti idarələri tərəfindən aztəminatlı ailələrə 2 milyon 970 min manat sosial müavinət və ünvanlı dövlət sosial yardımı göstərilib.
Cari ilin birinci rübündə Yeni Suraxanı, Zığ və Hövsan qəsəbələrində “ASAN xidmət”in müasir texniki avadanlıqlarla təchiz edilmiş xüsusi avtobusları vasitəsilə 1104 nəfər vətəndaşa səyyar formada xidmətlər göstərilib.
Azərbaycan Prezidentinin 2017-ci il fevralın 15-dən mayın 1-dək bütün ölkə vətəndaşlarının pulsuz tibbi müayinədən keçirilməsi ilə bağlı tapşırığı rayonda uğurla icra olunur.
Digər çıxış edənlər qarşıda duran vəzifələrlə bağlı fikirlərini bildirib, təkliflərini bölüşüblər.
Milli Məclisin deputatları Ağacan Abiyev və Sevinc Fətəliyeva Şuranın geniş iclasında iştirak ediblər.
Sonda rayonun ictimai həyatında fəal iştirakına görə Behbudov Rəşid Əli oğlu və Qarayev Elşən Nüsrət oğlu Rayon İcra Hakimiyyəti başçısının fəxri fərmanı ilə təltif ediliblər.




Ana səhifəyə qayıt        Baxış: 1 076          Tarix: 17-04-2017, 15:11      

Xəbəri paylaş


Paylaş:   

Prizma