Xəbər lenti
Dünən, 23:44
Dünən, 19:23
Dünən, 17:45
Dünən, 16:14
Dünən, 14:30
Dünən, 11:47
20-11-2024, 23:59
20-11-2024, 23:00
20-11-2024, 21:41
20-11-2024, 18:40
20-11-2024, 17:11
20-11-2024, 16:41
20-11-2024, 15:36
20-11-2024, 14:19
20-11-2024, 13:48
Ekspert: “Rəsmi rəqəmlərlə reallıq arasında ciddi fərq var”
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov “Əməyin Gələcəyi Təşəbbüsü” üzrə Milli dialoqun yekunlarına həsr olunan konfransda işsizlik səviyyəsinin 5 faizdə saxlandığını deyib. Ötən il Azərbaycanda əhalinin gəlirləri 5,2 dəfə, minimum əmək haqqı 3,5 dəfə və orta aylıq nominal əmək haqqı 3,8 dəfə artıb, işsizlik səviyyəsi 5 faiz səviyyəsində saxlanılıb.
Nazir bildirib ki, 1990-2016-cı illərdə Azərbaycanda 65 yaş və yuxarı yaşda olanların sayı 67,3 faiz artıb: “”Bu illər ərzində kiçik, yəni 0-14 yaş qrupunda olanların sayının 8,3 faiz azalması, 65 yaş və yuxarı yaşda olan əhalinin sayının isə 67,3 faiz artması və bu təbəqənin xüsusi çəkisinin 4,8 faizdən 6,2 faizə qədər yüksəlməsi əhalinin yaşlaşma meylinin mövcudluğunu göstərir. Azərbaycanda 2015-ci illə müqayisədə 2050-ci ildə əhalinin sayının 1,4 dəfə artacağı gözlənilir".
S.Müslümov bildirib ki, ölkədə 65 və yuxarı yaş qrupunun əhalinin ümumi strukturundakı bugünkü artım tendensiyasının saxlanılması və əhalinin bu kateqoriyasının xüsusi çəkisinin 2015-ci ildəki 6,2 faizdən 2050-ci ildə 22 faizə çatması, gələcəkdə demoqrafik yük əmsalı göstəricisinin 63-ə qədər artmasını şərtləndirəcək və əmək, məşğulluq, sosial təminat, xüsusilə təqaüd sistemində yeni tələblərə cavab verəcək dəyişikliklərin olunmasını zəruri edəcək.
Maraqlıdır, hər kəs işsizlikdən şikayətləndiyi halda necə ola bilər ki, Azərbaycanda işsizlik səviyyəsi 5 faiz olsun? Bu statistika necə hesablanır və əslində işsizliyin real səviyyəsi nə qədərdir?
İqtisadçı ekspert Natiq Cəfərli deyir ki, rəsmi rəqəmlərlə reallıq arasında ciddi fərq var: “Dünyada qəbul olunmuş işsizlik hesablama qaydaları ilə Azərbaycanda qəbul olunmuş qaydalar arasında ciddi fərq var. Azərbaycanın bu statistikası sanki elə qurulub ki, rəsmi siyasətə, rəsmi ritorikaya cavab versin. Ona görə də işsizlərin sayı hesablanarkən ancaq rəsmi şəkildə məşğulluq idarələrinə baş vuran və rəsmi şəkildə işsiz statusu alan şəxsləri işsiz kimi qeydiyyata alırlar. O sayı da əsas gətirərək cəmiyyətdə işsizlik səviyyəsini hesablayırlar. İkinci ən böyük problem ondan ibarətdir ki, bütün dünyada kənd təsərrüfatında çalışanların sayı ümumi işsizlərin sayından ayrı götürülür. Hətta Türkiyədə belə bir anlayış da var ki, tez-tez təkrarlanır. Bu bütün dünyada var. Sadəcə olaraq, bizim insanlar türk kanallarını, mətbuatını çox izləyirlər. Orada ”tarım" işsizlik anlayışı var.
“Tarım”ı, yəni kənd təsərrüfatını qəbul etmirlər. Azərbaycanda isə əksinə, kimin torpaq sahəsi varsa, rəsmi rəqəmlərə görə ölkədə 700 mindən çox insanın adına torpaq sahəsi var. Onları işləyən kimi qəbul edirlər və onları işsiz kateqoriyasına aid etmirlər. Amma bilirik ki, bir çox hallarda o torpaq sahələrində çalışanların bir çoxu işsizdir və bu torpaq sahələrinin çoxu boş qalıb. Bu torpaq sahələri icarəyə verilir və böyük sahələr yaradılır və fermer təsərrüfatlarında daimi olaraq adı olan şəxsin orada çalışmasına imkan verilmir. Yəni Azərbaycanda belə göstəricilər də var. Beynəlxalq praktikada qəbul olunmuş qaydalara uyğun olaraq Azərbaycanda da işsizlik səviyyəsi hesablansa, təbii ki, rəsmi rəqəmlərdən dəfələrlə çox bir rəqəm alına bilər. Maraqlı fakt ondan ibarətdir ki, bütün dünyada əsas göstərici muzdla çalışan, yəni əmək müqaviləsi olan, sosial sığorta kartı olan insanların sayı işləyənlərin siyahısına daxildir. Azərbaycanda da bunların sayı 1,5 milyondur. Bunun təqribən 850 minə yaxını dövlət sektorunda, 550-600 minə yaxını isə qeyri dövlət sektorunda, yəni kommersiyada çalışır. Yəni ölkədə əmək qabiliyyəti olan insanların sayı təqribən 5 milyondan bir az çoxdur. Əslində dolayısı ilə etiraf olunmasa da, Azərbaycanda kifayət qədər yüksək səviyyəli işsizlik olduğunu rəqəmlər sübut edir. Hətta Bakının özündə də, regionlarda da insanlarla danışarkən ən böyük problemin işsizlik olduğu etiraf olunur. Hər hansısa bir ölkədə cəmi 5 faiz işsizlik olsaydı, bu, problem olmaqdan çıxardı. İnsanları narahat edəcək bir məsələyə çevrilməzdi. Deməli, rəsmi rəqəmlərlə reallıq arasında ciddi bir balans mövcuddur".(Müsavat.com)
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar