Xəbər lenti

Milli Məclisin bugünkü iclasında Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğv edilməsi məsələsi müzakirə edilib.
Ovqat.com bildirir ki, Modern.az saytının xəbərinə görə, deputat Arif Rəhimzadə bildirib ki, həqiqətən də bu addım cəmiyyətdə çox xoşagəlməz reaksiya yaradıb.
“Ümumrusiya Azərbaycan Konqresi ulu öndər Heydər Əliyevin prezidentliyi dövründə yaradılıb. Azərbaycan ilə Rusiya arasında çox yaxşı münasibətlər var. Biz bunu hər yerdə danışırıq, ancaq qarşılığını görmürük. Nə üçün Rusiya Xocalı soyqırımı ilə bağlı heç bir tədbir görmək istəmir? Nəyə görə Azərbaycan qanunlarını pozan Aleksandr Lapşin haqqında danışır, ancaq öz dədə-baba yurdlarını ziyarət edən Dilqəm Əsgərov və Şahbaz Quliyevin Ermənistanda girovluqda saxlanılamasına səsini çıxarmır? Qarşılıqlı hörmət münasibətləri ikitərəfli olmalıdır. Hesab edirəm ki, Azərbaycan tərəfi Rusiya Prezidenti Vladimir Putinə müraciət etməlidir ki, bu cür hallara son qoyulsun”.
O bildirib ki, bu cür addımlar Azərbaycanla Rusiya arasında olan münasibətlərə xələl gətirir.
Milli Məclisin sədri Oqtay Əsədov isə Rusiyanın ATƏT-in Minsk Qrupunun həmsədr dövlətlərindən biri olmasını xatırladıb.
“Ancaq biz Rusiyanın tərəfsizliyini görmürük. Rusiya zaman-zaman işğalçı Ermənistanı müdafiə edən addımlar atıb”.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli də çıxışında qeyd edib ki, Rusiyanın bu qərarı anlaşılan deyil:
“Son illər Azərbaycanla Rusiya arasında starteji əməkdaşlıq yüksək səviyyədə olub. Rusiya tərəfi bilməlidir ki, Ali məhkəmin qəbul etdiyi bu qərar münasibətlərə ciddi ziyan vurur. Ümid edirik ki, növbəti mərhələdə bu qərara düzəliş olacaq. Azərbaycanla münasibətlərə Rusiya tərəfi baxmalıdır”.

 




Ana səhifəyə qayıt        Baxış: 647          Tarix: 16-05-2017, 12:30      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent