Xəbər lenti
  
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev Rusiyanın Ədliyyə Nazirliyi tərəfindən Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) dövlət qeydiyyatının ləğv edilməsinin qarşısının alınması məqsədi ilə Rusiya İctimai Palatasına müraciət ünvanlayıb.
Ovqat.com Strateq.az-a istinadən xəbər verir ki, müraciətdə Ümumrusiya Azərbaycan Konqresi (ÜAK) ikitərəfli əməkdaşlığımızın inkişaf etdirilməsində ÜAK üzvləri və Rusiyada yaşayan azərbaycanlıların rolunun böyük olduğu bildirilib. Bu səbəbdən Rusiya Federasiyası Ədliyyə Nazirliyinin ÜAK-ın ləğv edilməsi ilə bağlı Ali Məhkəməyə müraciət etməsi təəssüflə qarşılanıb.
Millət vəkili bildirib ki, sözügedən təşkilatın statusunun ləğvi Rusiya və Azərbaycan arasındakı bugünkü dostluq münasibətlərinə uyğun deyil.



Ana səhifəyə qayıt        Baxış: 1 398          Tarix: 7-04-2017, 19:34      

Xəbəri paylaş


Paylaş:   

Prizma