Xəbər lenti

 

“Müsəlman Birliyi” hərəkatının sədr müavini Elçin Qasımovla birgə həbs edilən Elgün Axundov Ali Məhkəməyə müraciət edib. 

E. Axundov kassasiya şikayəti verərək barəsində bəraət hökmünün çıxarılmasını istəyib. 

Şikayət Ali Məhkəmədə hakim Əli Seyfəliyevin icraatına verilib.

Məhkəmənin baxış iclasının vaxtı açıqlanmayıb.

Qeyd edək ki, E. Axundov 2015-ci ildə baş verən “Nardaran hadisələri” zamanı saxlanılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 12 il 6 ay azadlıqdan məhrum edilib. \\APA




Ana səhifəyə qayıt        Baxış: 338          Tarix: 15-10-2019, 21:13      

Xəbəri paylaş


Paylaş:   

Prizma