Xəbər lenti

 Şəmkir-Gədəbəy yolunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

 APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə avtomobil yolunun “Yasamal aşırımı” adlanan hissəsində, Şəmkir rayonu ərazisində qeydə alınıb.

 "Qazel” markalı sərnişin mikroavtobusu idarəetmədən çıxaraq yol kənarına aşıb. Qəza nəticəsində xəsarət alan 2 nəfər Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlardan birinin vəziyyətinin normal, digərinin orta-ağır olduğu bildirilir.

 Faktla bağlı araşdırma aparılır. 




Ana səhifəyə qayıt        Baxış: 1 075          Tarix: 11-06-2017, 21:21      

Xəbəri paylaş


Paylaş:   

Prizma