Xəbər lenti

  Bakı-Qazax magistralında yol qəzası baş verib. APA TV-nin Qərb bürosunun verdiyi məlumata görə, hadisə Goranboy rayonu ərazisində qeydə alınıb.
Göygöl rayon sakini Namiq İmanovun idarə etdiyi "Mercedes" markalı avtomobillə Gəncə şəhər sakini 43 yaşlı Vüqar Bayramovun idarə etdiyi, Gəncə-Yevlax marşrutu üzrə sərnişin daşıyan "Mercedes-Sprinter" markalı mikroavtobus toqquşub.
Qəza zamanı mikroavtobus aşıb. Hadisə nəticəsində mikroavtobusun sürücüsü və 2 sərnişin -  57 yaşlı Nəcibə Şirinova və 60 yaşlı Məhruzə Tağıyeva müxtəlif bədən xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.
Sürücünün vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsində araşdırma aparılır.  






Ana səhifəyə qayıt        Baxış: 738          Tarix: 10-04-2017, 07:09      

Xəbəri paylaş


Paylaş:   

Prizma