Xəbər lenti

 Bu gün axşam saat 19:00 radələrində Şəki rayonunun Aşağı Daşağıl kəndində yanğın baş verib.

 APA-nın Şəki-Zaqatala bürosunun verdiyi xəbərə görə, kənd sakini Bayramov Eyvaz Vaxtsız oğlunun yaşadığı evin həyətində tikilmiş, ümumi sahəsi 84 kv. m olan tövlədə yanğın baş verib. Nəticədə 2 baş iri buynuzlu və 8 baş xırda buynuzlu olmaqla, ümumilikdə 10 baş heyvan tüstüdən boğularaq tələf olub. Bununla bərabər tövlənin yanar konstruksiyaları və 6 ton ot yanıb.

 Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəki Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası hadisə yerinə cəlb edilib.

 Yaxınlıqdakı tikililər yanğından mühafizə edilib.

 Faktla bağlı araşdırma aparılır.

 




Ana səhifəyə qayıt        Baxış: 715          Tarix: 13-06-2017, 23:02      

Xəbəri paylaş


Paylaş:   

Prizma