Xəbər lenti

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə Zaqatala rayonunun Muxax kənd sakini Şaban Mahmudov tərəfindən Muxax bələdiyyəsinin mülkiyyətinə məxsus Selbasar adlanan ərazidə ağacların kəsilməsi ilə bağlı şikayət daxil olub.

Nazirliyin mətbuat xidmətindən Ovqat.com-a verilən məlumata görə, şikayət nazirliyin 9 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Araşdırma zamanı sözügedən ərazidə yaş köküstə 7 ədəd ağ akasiya ağacının rayon sakini İlqar Gəncəliyev tərəfindən kəsildiyi aşkar olunub. Faktla bağlı protokol tərtib edilib, inzibati xəta törətdiyinə görə İ.Gəncəliyevə 2890 manat məbləğində cərimə və ziyan tətbiq olunub.




Ana səhifəyə qayıt        Baxış: 902          Tarix: 31-07-2017, 21:10      

Xəbəri paylaş


Paylaş:   

Prizma