Xəbər lenti
 Aprelin 01-15-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb. 
ETSN-in mətbuat xidmətindən Ovqat.com-a verilən məlumata görə, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən atmosfer havasının, su və torpaq ehtiyatlarının, yerin təkinin, fauna və floranın mühafizəsi, ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 142 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 34 müddətli “məcburi göstəriş” verilib.
 
Ümumilikdə, 44 iş üzrə 100650 manat məbləğində inzibati qaydada cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 20 iş üzrə 50349,75 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə qarşı 245 iş üzrə 47306,74 manat məbləğində ödəmə tətbiq edilib.
 
Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına və icra qurumlarına  26, məhkəmələrə  isə 2 iş göndərilib



Ana səhifəyə qayıt        Baxış: 1 049          Tarix: 19-04-2017, 12:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma