Xəbər lenti

 

Sumqayıt şəhərində yol nəqliyyat hadisəsi baş verib. Yerli xeberle.com saytının məlumatına əsasən, hadisə şəhərin Koroğlu küçəsində qeydə alınıb.

Belə ki, 7 nömrəli marşurut xətti üzrə hərəkət edən 50AE632 dövlət nömrə nişanlı sərnişin avtobusu T668EK163 Rusiya dövlət nişanlı “Lada Priora” markalı minik avtomobili ilə toqquşub. Qəza nəticəsində hər iki nəqliyyat vasitəsinə ziyan dəyib.

Sərnişin avtobusunda olan sərnişinlərdən bəziləri yüngül xəsarət alaraq psixoloji sarsıntı keçiriblər. Xəsarət alan sərnişinlərə ilkin tibbi yardım göstərilib.

Əraziyə Sumqayıt şəhər Dövlət Yol Polisi əməkdaşları cəlb olunub. Qəzanın baş vermə səbəbi aparılan araşdırmalardan sonra məlum olacaq.




Ana səhifəyə qayıt        Baxış: 608          Tarix: 5-08-2017, 19:12      

Xəbəri paylaş


Paylaş:   

Prizma