Xəbər lenti

 

Bakı-Ələt yolunda yol-nəqliyyat hadisəsi baş verib.
Ovqat.com azxeber.com-a istinadən xəbər verir ki, Dövlət Yol Polisinə (DYP) məxsus 99-YP-851 dövlət nömrə nişanlı xidməti avtomobillə “Mercedes” markalı avtomobil toqquşub.
Hadisə nəticəsində DYP avtomobilinə küllü miqdarda zərər dəyib. Hadisə şahidlərinin sözlərinə görə, qəzaya səbəb DYP avtomobilinin sürət həddini aşaraq “Mercedes” markalı avtomobili qovması olub.
Nəticədə “Mercedes” markalı avtomobil idarəetməni itirərək DYP avtomobilinə çırpılıb. Hadisə nəticəsində hər iki sürücü müxtəlif növ bədən xəsarətləri alıb.

Video görüntünü görmək üçün kursoru üzərinə gətirib sıxın:

http://videoblok.com/embed/42396




Ana səhifəyə qayıt        Baxış: 1 153          Tarix: 26-05-2017, 11:07      

Xəbəri paylaş


Paylaş:   

Prizma