Xəbər lenti
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Niderlandın Kralı Əlahəzrət Villem-Aleksandra təbrik məktubu ünvanlayıb. 
Ovqat.com xəbər verir ki, "Report"un məlumatına görə, təbrikdə deyilir: 
"Əlahəzrət,
Niderland Krallığının milli bayramı – Kral Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
50 yaşınızın tamam olduğu belə bir xoş gündə Sizə bu əlamətdar yubileyiniz münasibətilə ən səmimi təbriklərimi yetirməkdən məmnunluq duyur, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Niderland xalqına daim sülh və firavanlıq diləyirəm".



Ana səhifəyə qayıt        Baxış: 837          Tarix: 26-04-2017, 18:12      

Xəbəri paylaş


Paylaş:   

Prizma