Xəbər lenti

Ukrayna bir sıra Afrika ölkələri ilə Ukrayna Silahlı Qüvvələrinin artıq olan silahlarını satmaq barədə razılığa gəlib.

Oxu.Az xəbər verir ki, bu barədə Prezident Volodimir Zelenski özünün "Telegram" kanalında yazıb.

Onun sözlərinə görə, bu, Ukrayna Silahlı Qüvvələrində defisit olmayan silahların nəzarət olunan ixracını nəzərdə tutur. Zelenski Kiyevin hansı ölkələrə silah satmaq niyyətində olduğunu dəqiqləşdirməyib.

Siyasətçi izah edib ki, satışdan əldə olunan gəlirin Ukrayna ordusunda çatışmayan silahların alınmasına yönəldilməsi planlaşdırılır.

Zelenski əlavə edib ki, Avropa, ABŞ və Yaxın Şərq də mümkün ixrac istiqamətləri arasındadır.

Əvvəllər Zelenski xaricə qismən silah ixracına başlandığını bəyan etmişdi.




Ana səhifəyə qayıt        Baxış: 61          Tarix: Dünən, 12:29      

Xəbəri paylaş


Paylaş:   

Prizma