Xəbər lenti

ABŞ-nin Azərbaycandakı səfirliyi Vətən müharibəsi şəhidlərinin xatirəsini yad edib.

Oxu.Az-ın xəbərinə görə, səfirlik 27 Sentyabr Anım Günü ilə bağlı rəsmi "X" hesabında paylaşım edib.

"Azərbaycanda Anım Günündə biz onilliklər boyu davam edən münaqişə zamanı şəhid olan azərbaycanlıları yad edirik.

Avqustun 8-də Vaşinqtonda biz Cənubi Qafqaz tarixində yeni səhifənin başlanmasının şahidi olduq və ABŞ regionda davamlı sülhün möhkəmləndirilməsi istiqamətində səylərini davam etdirəcək.

Bu gün ABŞ səfirliyi yaxınlarını itirən azərbaycanlılara və onların ailələrinə dərin hüznlə başsağlığı verir", - deyə paylaşımda bildirilib.




Ana səhifəyə qayıt        Baxış: 34          Tarix: Bu gün, 19:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma