Xəbər lenti

Polşa Prezidenti Karol Navrotski Ukraynanın işləməyən vətəndaşlarına verilən sosial müavinətlərin ləğvi haqqında qanun imzalayıb.

Oxu.Az-ın Gov.pl-ə istinadən xəbərinə görə, bu barədə Polşa liderinin dəftərxanasının rəhbəri Zbiqnev Boqutski məlumat verib.

O bildirib ki, siyasətçi qaçqınlara yardım haqqında Polşa Seymi tərəfindən qəbul edilmiş əvvəlki qanuna veto qoyub, çünki bu qanunda əmək fəaliyyətindən asılı olmayaraq, sosial müavinətlər nəzərdə tutulub.

"Prezident Karol Navrotski Ukrayna vətəndaşlarına yardım haqqında qanun imzalayıb. Qanun digər məsələlərlə yanaşı, 800+ zlotı (800 zlotı, təxminən, 372 manat edir - red.) məbləğində ödənişlərin valideynin iş fəaliyyətindən asılı olmasını nəzərdə tutur", - deyə Boqutski qeyd edib.




Ana səhifəyə qayıt        Baxış: 30          Tarix: Bu gün, 10:37      

Xəbəri paylaş


Paylaş:   

Prizma