Xəbər lenti

 

Qırğızıstan Milli Təhlükəsizlik Komitəsinin rəhbəri Orozbek Opumbayev ölkədə yaranan gərginliklə əlaqədar istefaya getməyə hazır olduğunu deyib.

Axar.az xəbər verir ki, o, bu sözlərini parlamentin növbədənkənar iclasında çıxışı zamanı bildirib.

“Təhlükəsizlik Şurasının iclasında prezidentə dedim ki, istefa vermək istəyirəm. Baş verənlərdə mənim də günahım var. 3500 xüsusi təyinatlının hamısı hərəkətə keçsəydi, bunlar baş verməzdi”, - o bildirib.

Qeyd edək ki, bundan öncə Qırğızıstan xüsusi xidmət orqanları eks-prezident Almazbek Atambayevin iqamətgahına gələrək onu həbs etməyə cəhd göstəriblər. Nəticədə onlarla Atambayevin tərəfdarları arasında silahlı toqquşma yaşanıb. Toqquşmada 52 nəfər yaralanıb, 1 xüsusi təyinatlı öldürülüb, 6 xüsusi təyinatlı isə girov götürülüb.

Atambayevi saxlamaq mümkün olmayıb.




Ana səhifəyə qayıt        Baxış: 414          Tarix: 8-08-2019, 18:32      

Xəbəri paylaş


Paylaş:   

Prizma