Xəbər lenti

İctimai nəqliyyatda sərnişinlərlə avtobus sürücülərinin mübahisəsi gündəlik şahid olduğumuz hadisələrdəndir. Elə bu gün redaksiyamıza məktub ünvanlayan Elman Həmidli də bu sərnişinlərdən biridir. Bu səhər H.Əliyev prospektində “Koroğlu” metrostansiyasına doğru hərəkət edən 173 nömrəli avtobusdan istifadə edən Elman sürücünün təhlükəsizlik qaydalarına əməl etmədiyini bildirdi. Onun sözlərinə görə, avtobus bəzən sürət həddini 80-90 km/saata qaldırırmış.

Avtobusun nisbətən köhnə və iri olduğunu, eyni zamanda, yollarda avtobuslar üçün maksimal sürət həddinin 60 km/saat olduğunu nəzərə alsaq, bu əməlli-başlı qayda pozuntusudur. Elman bu cür təhlükəsiz şəraitdə səfər edə bilmədiyi üçün avtobusdan enib və sürücünün nəqliyyat vasitəsini qapısı açıq formada idarə etdiyi yerdə şəklini də çəkib.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyi ilə əlaqə saxladıq. Qurumun ictimaiyyətlə əlaqələr və Maarifləndirmə şöbəsinin rəhbəri Mais Ağayev ortada fakt olduğu üçün sürücünün cəzalandırılacağını bildirdi:

“Ümumiyyətlə sürət həddi 110km/saat olan yollarda belə avtobuslar 60 km/saat həddini keçə bilməz. Məsələnin bu tərəfinə Dövlət Yol Polisi cavabdehlik daşıyır. Amma istənilən halda biz sürücüyə qarşı müvafiq tədbirlər görürük. Əgər onun ilk səhvidirsə, bu barədə həmin marşrut xəttinin rəhbərliyinə xəbərdarlıq edəcəyik”.//publika.az

 




Ana səhifəyə qayıt        Baxış: 894          Tarix: 29-06-2017, 15:25      

Xəbəri paylaş


Paylaş:   

Prizma