Xəbər lenti

Yağışlı hava ilə əlaqədar paytaxtın iki əsas avtomagistralında - Heydər Əliyev prospektində Buzovna dairəsinədək və Zığ dairəsi - Hava limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endiriliib.

Bakı Nəqliyyat Agentliyindən virtualaz.org-a verilən məlumata görə, məqsəd yollarda hərəkətin təhlükəsizliyini təmin etməkdir.

R.Behbudov küçəsi istisna olmaqla, hazırda paytaxtın digər küçə və prospektində nəqliyyat vasitələrinin normal hərəkəti müşahidə edilir.

Bütün sürücülərdən yollardakı sürət həddinə əməl etmələri xahiş olunur.

 




Ana səhifəyə qayıt        Baxış: 897          Tarix: 13-06-2017, 14:16      

Xəbəri paylaş


Paylaş:   

Prizma