Xəbər lenti

 

İctimai nəqliyyat vasitələrindən düzgün istifadə olunması və yol hərəkəti iştirakçıları arasında aparılan təbliğat, maarifçilik işlərinə baxmayaraq hələ də qaydalara əməl etməyən və bununla ictimai nəqliyyatın stabil hərəkətinə maneə yaradan vətəndaşlar var.

"BakuBus” bu istiqamətdə ictimai nəzarət mexanizminin formalaşdırılması və bu cür hallara qarşı ictimai qınaq yaratmaq üçün baş vermiş hadisələrin görüntülərini mütəmadi şəkildə ictimaiyyətin diqqətinə çatdırır.

Qurumun mətbuat xidmətinin rəhbəri Mansur Piriyevin Modern.az-a təqdim etdiyi növbəti videogörüntüdən də aydın olur ki, 1 saylı marşrut avtobusu Qara Qarayev prospekti dayanacağından hərəkət edən zaman öz şəxsi avtomobilini (99 EH-075 nömrə nişanlı, Hunday Sonata ) avtobusun qarşısında saxlayan şəxs sürücünün xəbərdarlıqlarına məhəl qoymayaraq hərəkəti ləngidir. Eyni zamanda həmin şəxs qayda pozuntusuna yol verdiyi halda öz qanunsuz əməliində israr edir. Yalnız sərnişinlərin müdaxiləsindən sonara o öz qanunsuz əməlindən çəkinir.

Bu hadisə bir daha ictimai nəqliyyatın idarə olunmasında ictimai fəal sərnişinlərin və ictimai qınağın vacib və effektli olduğunu göstərir.

Bakı Nəqliyyat Agentliyinin (BNA) İctimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayevin Modern.az-a verdiyi məlumata görə, ictimai nəqliyyatın normal fəaliyyətinə mane olan sürücü barəsində müvafiq hüquqi tədbir görülməsi məqsədi ilə DYP müraciət olunacaq.




Ana səhifəyə qayıt        Baxış: 1 033          Tarix: 8-06-2017, 16:20      

Xəbəri paylaş


Paylaş:   

Prizma