Xəbər lenti

 

Allah Təala Quranda buyurur: "Allahı yaxşılıq etməməyiniz, təqvalı olmamağınız və insanların arasını düzəltməməyiniz kimi andlarınıza hədəf etməyin (müxtəlif bəhanələrə görə Ona and içməyin. Və ya: Allahı yaxşılıq edəcəyiniz, təqvalı olacağınız və insanların arasını düzəldəcəyiniz barəsindəki öz (təkrar) andlarınıza hədəf etməyin). (Allahın adını bu cür, hər şeyə görə Ona and içməklə hörmətdən salmayın). Allah eşidən və biləndir". ("Bəqərə" 224).

Ovqat.com deyerler.org-a istinadən bildirir ki, ictimai həyatda bəzən insanlar öz sözlərini qüvvətə mindirmək üçün Allaha and içərlər və andları ilə Allahı hədəf qərar verərlər. Ancaq Quran və hədisər bu əməli bəyənmir və buyurur ki, hətta doğru sözlərinizdə belə, Allahı andlarınızda hədəf qərar verməyin.
Bəzən da insanların bir hissəsi başqalarına yaxşılıq edərlər, lakin onlardan pisliklər görər. Ona görə də and içərlər ki, bundan sonra heç kəsə yaxşılıq etməyəcəklər. Ancaq bu ayə buyurur ki, əgər siz Allah rizası üçün bir xeyir əməl yerinə yetirirsinizsə, Allaha and içdiyinizə görə onu gərək tərk etməyəsiniz.
İnsan gərək hər addımbaşı Allaha and içməsin və bu adətini tərk etməyə çalışsın. Çünki, bu yolla Allahı insanların gözündən salmış olar. İmam Sadiq (ə) buyurur: "Heç bir zaman Allaha and içməyin, baxmayaraq ki, doğru olsa belə. Çünki Allah buyurmuşdur: "Allahı öz andlarınızın hədəfində qərar verməyin"".
 




Ana səhifəyə qayıt        Baxış: 1 141          Tarix: 18-07-2017, 23:41      

Xəbəri paylaş


Paylaş:   

Prizma