Dilin ən böyük bəlalarından biri - yalan danışmaqdır və kəbirə günahlardan hesab olunur. Yalan insanı həm dünyada və həm də axirətdə zəlil və xar edər, İlahi rəhmətdən məhrum edər. İnsanların etimadını itirər və nifaqa səbəb olar. Yalan imanı məhv edər və aradan aparar. Yalanın ziyanlarını Məsumların (ə) dilindən eşidək və ondan uzaq olmağa çalışaq.
Yalan - Allaha şirkə bərabərdir.
Ovqat.com deyerler.org-a istinadən bildirir ki, Həzrət Peyğəmbər (s) buyurur: "Sizə ən böyük günahdan xəbər verimmi? Ən böyük günah - Allaha şirk etmək, ata və anaya qarşı pis münasibət və yalan danışmaqdır".
Yalan - insanın alçaqlığıdır.
Həzrət Peyğəmbər (s) buyurur: "Yalançı yalan deməz, məgər nəfsinin alçaqlığına görə".
Yalan - günahdır və nifaqın başlanğıcıdır.
İmam Əli (ə) buyurur: "Yalan insanı pisliklərə tərəf aparar, pisliklər isə cəhənnəm atəşinə tərəf".
Bütün peyğəmbərlər (ə) onu pisləyiblər.
İmam Sadiq (ə) buyurur: "Allah Təala peyğəmbərləri (ə) məbus etməmişdir, məgər düz danışmaq, yaxşıya və pisə əmanəti əda etmək üçün".
Yalan imanı xarab edər.
İmam Baqir (ə) buyurur: "Yalan - imanı viran edəndir".
Yalan ən pis xəstəlikdir.
İmam Əli (ə) buyurur: "Yalan xəstəliyi - ən çirkin xəstəlikdir".
Ruzini azaldar.
Həzrət Peyğəmbər (s) buyurur: "Yalan, insanın ruzisini azaldar".
Yalan - ən pis sələmdir.
Həzrət Peyğəmbər (s) buyurur: "Ən pis və ən üstün sələm - yalandır".
Paylaş: