Xəbər lenti

 

Ovqat.com deyerler.org-a istinadən bildirir ki, İmam Sadiq (ə) nəql edir: "İsa ibn Məryəm (ə) tərəfdaşları ilə birlikdə bir şəhərdən keçirdi ki, küçə və evlərdə olan insanların hamısı ölmüşdülər.

Həzrət (ə) buyurur: "Bunlar İlahi əzaba düçar olublar, əgər təbii ölümlə ölsəydilər, dəfn olunardılar".
Tərəfdaşları deyir: "Onların dastanını bilmək istəyirik".
Allah İsaya (ə) vəhy edir: "Ölülərlə söhbət et".
İsa (ə) fəryad çəkir: "Ey şəhər əhli!".
Ölənlərdən biri "Ləbbeyk!" deyir. İsa (ə) ondan macəranı soruşur.
Deyir: "Xoşluqda yaşadıq və bədbəxtliyə haviyəyə düçar olduq".
İsa (ə) soruşur: "Haviyə nədir?".
Deyir: "Atəş dənizidir ki, orada əzab dağları qərar tutur".
Buyurur: "Bəs niyə ora giriftar oldunuz?".
Deyir: "İki günaha görə. Tağuta bəndəlik etdiyimizə və dünya sevgisinə görə".
Buyurur: "Dünya sevgisi haraya qədər?".
Deyir: "Anasına eşq bəsləyən uşaq kimi. Dünya bizə üz çevirəndə sevinirdik, bizdən üz döndərəndə qəmgin olurduq".
Buyurur: "Bəs tağuta necə boyun əyirdiniz?".
Deyir: "Bütün əmr və göstərişlərini eşidirdik".
Buyurur: "Bəs sən mənə necə cavab verdin?".
Deyir: "Qalan şəhər əhlinin ağzı atəşli bəndlə bağlanmışdır və mələklər onlara nəzarət edir. Mən də onların arasında idim, ancaq əməlimlə onlarla deyildim. O zaman ki, əzab gəldi, məni də bürüdü. İndi tükdən yapışmışam və qorxuram ki, atəşdə qərar tutaram". (Həvzəh)
Allah Təala bizləri aqibəti xeyir olanlardan qərar versin, inşəallah.




Ana səhifəyə qayıt        Baxış: 1 254          Tarix: 18-07-2017, 22:39      

Xəbəri paylaş


Paylaş:   

Prizma