Xəbər lenti

 

Plastikin yarandığı ilk gündən bəri bəşər övladı 8 milyard ton plastik istehsal edib. Onların üçdə ikisi hazırda tullantı kimi dünyaya yayılıb. Əksəriyyəti dünya okeanı üzərində tullantı nöqtələri kimi görünür.

Ovqat.com Publika.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Corciya universitetinin alimi Yenna Yambek məlumat verib.

Plastik markalarının əksəriyyəti mikrobların təsirinə məruz qala bilmir. Bu səbəbdən də həmin plastik tullantıları çürüntüyə çevrilmir və yüz illərlə planetimizdə tullantı kimi qalaraq ekologiyanı çirkləndirəcək.

Hər il dünyada 300 milyon ton plastik tullantısı formalaşır.

Hesablamalar göstərir ki, bu sənaye 1950-ci ildən bəri yüksək templərlə inkişaf edib. Əgər 1950-ci ildə dünyada 2 milyon ton plastik tullantısı formalaşırdısa, indi bu rəqəm 400 milyon tondur.




Ana səhifəyə qayıt        Baxış: 941          Tarix: 19-07-2017, 23:57      

Xəbəri paylaş


Paylaş:   

Prizma