Xəbər lenti

 

İranın Xuzistan vilayətinin Əhvaz şəhərində havanın hərarəti 50 dərəcəni keçib.

Ovqat.com xəbər verir ki, bunu İranın Meteologiya Təşkilatı bildirib.

Hətta günorta saatlarında avtomobildə çəkilmiş fotoda Əhvazda havanın hərarətinin 59 dərəcə olduğu görünür.

  

Bölgədən çəkilmiş fotoşəkillərdə havanın hərarətindən plastik materialların əridiyi aydın görünür.

Qeyd edək ki, Əhvaz şəhəri ərəblərin yaşadığı yerdir. İranın neft və qaz istehsalatı bu bölgədən asılıdır və ölkənin gəlirinin böyük faizi burdan əldə olur.

 

 Xuzistan həm də etnik və məzhəbçi separatçılığı ilə də tanınır.




Ana səhifəyə qayıt        Baxış: 1 138          Tarix: 16-06-2017, 23:45      

Xəbəri paylaş


Paylaş:   

Prizma