Xəbər lenti
 
14 aprel 2017-ci il tarixində İsveçrənin Swiss Montreux Biznes Məktəbinin rektoru Fabio Fusi və Odlar Yurdu Universitetinin rektoru prof. Əhməd Vəliyev iki ali təhsil müəssisəsi arasında əməkdaşlığa dair müqaviləyə  imza atıblar.
Ovqat.com bildirir ki, Modern.az-ın verdiyi məlumata görə, müqaviləyə əsasən  Odlar Yurdu Universitetində (OYU) bakalavr və magistr dərəcəsi üzrə təhsilini uğurla tamamlayan gənclər xüsusi attestasiyadan sonra İsveçrənin Swiss Montreux Biznes Məktəbinin də diplomunu əldə edəcəklər.
Eyni zamanda təhsil aldığı dövr ərzində OYU-nun təhsildə fərqlənən tələbə və magistrları İsveçrənin Swiss Montreux Biznes Məktəbində, o cümlədən Avropanın digər aparıcı təhsil ocaqlarında qısa müddətli və uzun müddətli proqramların da iştirakçısı ola biləcəklər. 
Xatırladaq ki, Odlar Yurdu Universiteti Beynəlxalq Universitetlər Assosiasiyasının üzvüdür. Universitet Almaniyanın H+ akkreditasiyasına malikdir, Türkiyə Cumhuriyyəti YÖK (Yüksek Öyretim Kurulu) tərəfindən tanınır. 
OYU Azərbaycan Təhsil Nazirliyində ilk özəl universitet olaraq dövlət akkreditasiyasından keçib. 
OYU Amerika Birləşmiş Ştatlarının Tibb Təhsil Təşkilatı - FAIMER (Foundation for Advancement of International Medical Education and Research) tərəfindən tanınıb, Avropa Birliyinin TEMPUS və ERASMUS proqramlarının iştirakçısı, EURAS - Avrasiya Universitetləri Birliyinin, Qafqaz Universitetlər Birliyinin üzvüdür.
Universitet müasir təhsil texnologiyalarının tətbiqindəki nailiyyətlərə görə Fransa iqtisadiyyatına yardım Assosiasiyasının qızıl medalına layiq görülüb.
 



Ana səhifəyə qayıt        Baxış: 1 405          Tarix: 18-04-2017, 13:02      

Xəbəri paylaş


Paylaş:   

Prizma