Xəbər lenti

Təhsil Nazirliyinin mətbuat xidmətindən Ovqat.com verilən məlumata görə,Təhsil nazirinin müavini Firudin Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti Moskvada işgüzar səfərdə olub.
Təhsil nazirinin müavini Firudin Qurbanov Rusiya Federasiyasının təhsil və elm nazirinin müavini Pavel Zenkoviçlə görüşüb, təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.
Səfər çərçivəsində nümayəndə heyəti Beynəlxalq Təhsil Salonunu gəzərək təhsil sahəsində aparıcı texnologiyaların və təcrübələrin nümayiş edildiyi stendlərlə tanış olub. Salonu ziyarət zamanı nazir müavini Firudin Qurbanov YUNESKO-nun Baş katibinin təhsil üzrə müavini Qian Tanqla işçi görüş keçirib.
Sərgi çərçivəsində Azərbaycan Texnologiya Universiteti ilə Rusiya Xalqlar Dostluğu Universitetinin birgə təşkil etdiyi stendə də baxış keçirilib.
Nümayəndə heyəti həmçinin, Azərbaycan diasporasının Rusiyadakı nümayəndələri ilə görüşüb. Görüşdə Azərbaycan Texnologiya Universiteti ilə Rusiya Xalqlar Dostluğu Universitetinin əməkdaşlığının əsas məqsədləri və bundan yaranan yeni imkanlar barəsində məlumat verilib.  



Ana səhifəyə qayıt        Baxış: 1 130          Tarix: 18-04-2017, 11:36      

Xəbəri paylaş


Paylaş:   

Prizma