Xəbər lenti

 

İngiltərə və Rusiya arasındakı casus böhranında çox sayda ölkə Rusiyaya qarşı ard-arda sərt addımlar atacağını bildirib.

Ovqat.com xarici mətbuata istinadən xəbər verir ki, bu gün ABŞ, Kanada, 14 Avropa İttifaqı ölkəsi və Ukrayna eyni vaxtda Rus diplomatlara qarşı deportasiya qərarlarını açıqlayıblar.

Yeni seçildiyi zaman Rusiyanın dostu kimi göstərilən ABŞ prezidenti Donald Tramp isə ən kəskin mövqe tutanlardandır. O, 60 rus vətəndaşını casus adlandıraraq ölkədən deportasiya edəcəklərini açıqlayıb. Tramp həmçinin Sietldəki Rusiya konsulluğunu bağlamağı qərara alıb.

Avropa Şurasının sədri Donald Tusk isə Avropa Birliyinə üzv 14 ölkənin rusiyalı diplomatları deportasiya etmək qərarına gəldiklərini bildirib. İngiltərənin Baş Naziri Tereza Mey bu qərarları beynəlxalq hüquq normalarını pozduğu üçün Rusiyaya qarşı “çox güclü mesaj” kimi xarakterizə edib.

Rusiya ilə diplomatik əlaqələrini kəsən Qərb ölkələri bunlardır: ABŞ, Kanada, Almaniya, Fransa, Polşa, Hollandiya, Danimarka, İtaliya, Çexiya, Latviya, Litva, Estoniya, Finlandiya, Rumıniya, İsveç, Xorvatiya və Albaniya.

 Rusiyayla Qərb ölkələri arasında yaşanan diplomatik böhranın səbəbinə gəlincə; sabiq rus agenti Sergey Skripal ilə qızı Yuliya 4 Martda Böyük Britaniyanın Salisburi şəhərində kimyəvi maddədən zəhərlənmişdi.

İngiltərənin Baş Naziri Tereza Mey bu hadisəsini terror  hücumu adlandırmış və  şübhələrin Rusiya üzərində cəmləşdiyi bildirmişdi. Ardınca, İngiltərə hökuməti ölkədəki 23 rus diplomatı deportasiya qərarı almışdı. İttihamları qəti şəkildə rədd edən Moskva isə 23 ingilis diplomatı Rusiyadan qovaraq Londona adekvat cavab vermişdi. Beləcə, ara qarışıb dəftər itmişdi.




Ana səhifəyə qayıt        Baxış: 801          Tarix: 26-03-2018, 21:10      

Xəbəri paylaş


Paylaş:   

Prizma