AXCP sədri Əli Kərimli Səbail Rayon Məhkəməsinə gətirilib.
Virtualaz.org bildirir ki, bu barədə sosial şəbəkələrdə AXCP fəalları məlumat paylaşıblar.
Xatırladaq ki, noyabrın 17-i saat 15 radələrində AXCP rəhbərliyi və bir qrup partiya fəalı, eləcə də digər siyasi qurumların nümayəndələri Dirçəliş günü ilə bağlı Şəhidlər Xiyabanına icazəsiz yürüşə cəhd ediblər. Nəticədə 52 nəfər saxlanılaraq Səbail Rayon Polis İdarəsinə aparılıb.
AXCP sədri Əli Kərimli ilə birlikdə saxlanılanlar bəziləri barəsində məhkəmə qərar çıxarıb.
Ramid Nağıyev, AXCP təşkilat şöbəsi – İXM 513.2 maddə- 400 manat cərimə
Sərdar Qubadsoy, Xətai şöbəsi – İXM 513.2 maddə- 400 manat cərimə
Fatimə Mövlamova, blogger – İXM 513.2 maddə- 500 manat cərimə
Nurlan Libre, Kanal13 internet televiziyasının əməkdaşı – İXM 513.2 maddə- 500 manat cərimə
Orada izahatı alındıqdan sonra 41 nəfər, o cümlədən Cəmil Həsənli sərbəst buraxılıb. Daha sonra Əli Kərimli də sərbəst buraxılıb. Məhkəmə qərarına əsasən AXCP sədri Əli Kərimli 2500 manat cərimələnib.
Ə.Kərimli İnzibati Xətalar Məcəlləsinin 513.1-ci ( Yığıncaqların, mitinqlərin, nümayişlərin, küçə yürüşlərinin və piketlərin təşkilinin və keçirilməsinin “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydasının toplantının təşkilatçısı tərəfindən pozulmasına görə) və 513.2-ci (“Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada təşkil edilməyən yığıncaq, mitinq, nümayiş, küçə yürüşü və ya piketdə iştirak etməyə görə) maddələri ilə ittiham edilir.
Digər şəxslər isə sadəcə 513.2-ci maddə ilə təqsirli bilinirlər.
İlkin Muradov,
Musavat.com
Paylaş: