Xəbər lenti

 

Bu gün Binəqədi Rayon Məhkəməsində "Xural" qəzetinin baş redaktoru Əvəz Zeynallı barəsində məhkəmə qərarı elan olunub.

Milli.Az report-a istinadən xəbər verir ki, o, 200 manat cərimələnərək sərbəst buraxılıb.

Xatırladaq ki, Ə.Zeynallı ötən gün çəkiliş aparan zaman Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb və daha sonra ona qarşı İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə (polisin qanuni əmrinə tabe olmama) inzibati iş qaldırılıb.




Ana səhifəyə qayıt        Baxış: 951          Tarix: 20-12-2017, 18:33      

Xəbəri paylaş


Paylaş:   

Prizma