Xəbər lenti
ABŞ-ın rəhbərlik etdiyi İŞİD-ə qarşı koalisiyanın sözçüsü polkovnik Con Dorrian İraq və Suriyanın şimalında PKK terror təşkilatının varlığından xəbərdar olduqlarını bildirib.
 "Anadolu" agentliyinin verdiyi məlumata görə, Türkiyə Silahlı Qüvvələrinin İraqSuriya ərazisində PKK terror təşkilatının hədəflərini vurmasından danışan polkovnik bildirib ki, Türkiyə onları hava hücumu ilə bağlı son anda məlumatlandırıb.
 Bu səbəbdən müttəfiq qüvvələri bölgədən çıxarmağa vaxt qalmayıb: “Hücuma bir saatdan da az qalmış məlumat verildi. Bu, yetərli vaxt deyil. İŞİD-ə qarşı koalisiya ortağı və bir müttəfiqdən gözlənilən koordinasiya yox, sadəcə məlumatlandırma idi”.
 Con Dorrian deyib ki, ABŞ əsgərləri Suriyada vurulan hədəflərin 10 kilometrliyində olublar və Pentaqonun hava hücumlarının nə vaxt və hara ediləcəyindən xəbəri olmayıb. Amerikalı hərbçi onu da əlavə edib ki, PKK bir terror təşkilatıdır və mövcud olduğu hər yer üçün problemdir.
 Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri İraq və Suriyada kürd terror təşkilatlarının hədəflərinə hava zərbələri endirib. Bombardman nəticəsində 70-də çox terrorçunun məhv edildiyi bildirilir



Ana səhifəyə qayıt        Baxış: 1 247          Tarix: 27-04-2017, 08:22      

Xəbəri paylaş


Paylaş:   

Prizma