Türkiyənin İdlib əməliyyatından sonra Afrinə müdaxilə ehtimalını nəzərə alan PYD (PKK terror təşkilatının Suriya qanadı – red.) döyüş hazırlıqlarına başlayıb.
Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, silah-sursat və şəxsi heyət toplayan PYD əhaliyə məcburi şəkildə hərbi təlim keçir.
Qeyd edək ki, Türkiyənin dəstəklədiyi Azad Suriya ordusu oktyabrın 7-də İdlim əməliyyatına başlayıb. Dünən isə Türkiyə ordusu sərhədi keçib.
Türkiyənin əsas hədəfi PYD-nin yerləşdiyi Afrindir. İdlib əməliyyatı ilə Aftrin tamamilə mühasirəyə alınacaq. Daha sonra isə Türkiyə sərhədindəki PYD təhdidi tamamilə aradan qaldırılacaq.
Yayılan son xəbərə görə, Azad Suriya Ordusu ilə “Heyet Tehrir El Şam” (HTŞ) arasında gedən danışıqlarda İdlib vilayəti üzrə razılıq əldə edilib. Razılaşma çərçivəsində HTS Afrinlə həmsərhəd olan İdlibin şimalını Azad Suriya Ordusuna təhvil verəcək.
İdlib-Afrin sərhədindəki üç nöqtə və Suriya rejim əsgərlərinin olduğu sərhəd xətti də Türkiyə ordusuna veriləcək.
Paylaş: