Türkiyə ordusu Suriyanın İdlib vilayətində təhlükəsizliyi təmin etməyə hazırlaşır. Türk əsgərinin burada olması 2 milyon suriyalını bombalardan qoruyacaq.
İki gün əvvəl Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın “Habertürk” kanalının efirində bildirdi ki, İdlib vilayətində Türkiyə və Rusiya əsgərlərinin olacağı bir mexanizm üzərində iş aparılır. Bundan başqa, o, Dəməşq ətrafında Rusiya və İran, cənubda Dera bölgəsində isə İordaniya və ABŞ əsgərlərinin olacağı bir mexanizm üzərində iş getdiyini söylədi.
Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, Türkiyə ordusu İdlibdə yerləşmə həm də ABŞ-ın həyata keçirmək istədiyi “terror dəhlizi” planına ciddi zərbə endirmiş olacaq.
Türkiyə hərbi birlikləri Suriyaya üç ayrı nöqtədən keçərək 85 kilometr uzunluğu 35 kilometr eni olan əraziyə nəzarət edəcək. Şərqdə Dar et İzzə-Kala Samandan başlayacaq dəhliz qərbdə Obin-Hırbit əl-Cuz bölgəsinə qədər uzanacaq. Şimalda Türkiyənin Hatay vilayətindən başlayacaq dəhlizin cənub sərhədi Sahlel Gap bölgəsidir. İdlib vilayətində təhlükəsizliyin təmin olunmasında Azad Suriya Ordusu da iştirak edəcək. Ankara Azad Suriya Ordusunun 2 min döyüşçüsünə “hazır olun!” təlimatı verib.
Türkiyənin İdlib həmləsi PKK/PYD terror təşkilatının Aralıq dənizinə çıxma layihəsinin də çökməsi anlamı daşıyır. “Terror dəhlizi”nin əsas hədəfi Türkiyənin ərəb dünyası ilə quru əlaqəsini kəsməkdir. Ankara daha əvvəl bu plana ilk zərbəsini endirib. “Fərat Qalxanı” hərəkatı ilə Ayn əl-Ərəb (Kobani)-Afrin “terror dəhlizi”nin yaradılmasının qarşısını alınıb. Türkiyə İdlibə hərbi birliklərini yeritməklə ABŞ tərəfindən dəstəklənən Afrin-Aralıq dənizi “terror dəhlizi” planının qarşısı alınacaq. Türk hərbiçiləri ilə ilə birlikdə İdlibə yerləşdiriləcək Rusiya hərbiçilərinin sayı isə simvolik olacaq.
Paylaş: