Şimali İraq kürd muxtariyyətində keçirilən müstəqillik referendumundan Bağdad və Ankara Ərbilə qarşı ardıcıl addımlar atır.
Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu addımlardan biri də kürd muxtariyyətinə birbaşa açılan Habur sərhər keçid məntəqəsinin Ovaköy sərhəd-keçid məntəqəsi ilə əvəzlənməsidir.
Bununla da, İraq və Türkiyə arasında ticarətdə kürd muxtariyyəti “ofsayd”a salınır. Ekspertlərin fikrincə, Ankara və Bağdad aşağıdakı strateji qazanclar əldə edəcək:
- Ankara ilə Bağdad arasında ikitərəfli ticarət qurulur.
- Türkiyə Silahlı Qüvvələri və İraq ordusu birgə hərəkət edə bilir.
- Dəclənin qərb hissəsi tamamilə Bağdadın nəzarətinə keçəcək. Bağdad hökuməti Məsud Bərzanini 2005-ci il Konstitusiya ilə çəkilən sərhədlərinə həbs edəcək.
- İran və Türkiyə tərəfindən iqtisadi sanksiyalara məruz qalan Bərzani hər tərəfdən muhasirəyə alınacaq.
- Suriya və İraq arasındakı yol, eyni zamada PKK terror təşkilatı ilə onun Suriya qolu olan PYD arasındakı təchizat xətti də tamamilə kəsiləcək.
- Türkiyənin bölgədə quracağı hərbi bazalar sayəsində, “müstəqil Kürdistan”ın da daxil edildiyi “Böyük İsrail” layihəsinə zərbə endiriləcək.
Paylaş: