Xəbər lenti

Kürdlər Bağdadın tələblərini rədd etdilər

Şimali İraq kürd muxtariyyəti Bağdad hökumətinin tələblərini rədd edib.

Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, Ərbil beynəlxalq hava limanının rəhbəri Telar Faik rəsmi Bağdadın tələbin heç bir əsasının olmadığını və yerinə yetirilməsinin mümkün olmadığını söyləyib.

Xatırladaq ki, rəsmi Bağdad sentyabrın 26-da Şimali İraq kürd muxtariyyətinə nota verib. Notada sərhəd keçid məntəqələri və muxtariyyət ərazisində yerləşən hava limanlarının 3 gün ərzində təslim edilməsi tələb olunub.




Ana səhifəyə qayıt        Baxış: 1 090          Tarix: 27-09-2017, 16:34      

Xəbəri paylaş


Paylaş:   

Prizma